Dil Monitorinq Mərkəzinin özünün monitorinqə ehtiyacı var –
FOTO
Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarəti həyata keçirmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir.
Globall.az xəbər verir ki, fəaliyyətinin məqsədi digər qurumların paylaşdığı məlumatlarda ədəbi dil normalarının qorunmasını təmin etmək olan Monitorinq Mərkəzi öz paylaşımlarında ədəbi dil normalarını qorumur.
Belə ki, ötən gün Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə məxsus “Facebook” sosial şəbəkəsindəki səhifədə paylaşılan xəbərdə ədəbi dil normalarına əməl olunmayıb.
Qeyd edək ki, sözügedən paylaşımda “çox” sözü bir neçə yerdə “cox” kimi, “bildirmişlər” əvəzinə isə “bildirilmişlər” işlənib.
Həmin paylaşımı bu linkə daxil olaraq oxuya bilərsiniz.