Rusiyada koronavirusa yoluxanların sayı 10 milyona yaxınlaşır
Rusiyada son bir gündə daha 30 288 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 986 967 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 171 nəfər artaraq 288 351-ə yüksəlib.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş:





















