Səfər Mehdiyevin fırıldaqçı adlandırdığı millət vəkili kimdir?-
TƏFƏRRÜAT
O, haqqın.az-a müsahibəsində ötən il malların rüsumsuz idxal limitinin 1000 dollardan 300 dollara endirilməsindən bəhs edib və bəzi deputatların limitin azaldılmasının əleyhinə çıxdığını deyib.
Komitə sədri bildirib ki, Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər: “Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.
Məlumat üçün bildirək ki, DGK sədrinin fırıldaqçı adlandırdığı millət vəkilinin kim olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb.
Komitə sədrinin açıqlmasına münasibət bildirənlərin əksəriyyəti belə düşünür ki, haqqında bəhs olunan millət vəkili Elnur Abdullayevdir. Sonuncu parlament seçkilərində 17 saylı 3-cü Yasamal seçki dairəsindən millət vəkili seçilən Elnur Allahverdiyev rəqəmsal və məişət texnikası satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”a rəhbərlik edib.
Onu da qeyd edək ki, ötən ilin avqust ayında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib ki, Dövlət Gömrük Komitəsinin işi mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir: