Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir
Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, "Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir”.
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi: "Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:
- Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu: Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;
- Türkiyənin Azərbaycandakı səfiri Bağcı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi;
Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himaya etdiyi separatçıların əl-qolunu bağlamağın hələ ki yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır. Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür.
Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik".
Oxunub: 146
Xəbəri paylaş
Paylaş:






















