Kiyev yaxınlığında “Anka” pilotsuz təyyarələr istehsal edən zavod tikilir
Kiyev yaxınlığında Türkiyə ilə birlikdə müasir hücum pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə “Anka” zavodu tikilir və onların ilk partiyası 2022-ci ilin sonuna qədər meydana çıxa bilər.
APA bildirir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç “Azadlıq” radiosuna müsahibəsində məlumat verib.
O deyib ki, Zavod hazırda Vasilkovoda tikilir:
“Artıq Ukrayna-Türkiyə pilotsuz təyyarələri, o cümlədən “Anka” - ağır pilotsuz təyyarələr istehsal edəcək zavodun tikintisinə başlanılıb. Perspektivli Ukrayna pilotsuz təyyarələri də olacaq. Burada xüsusilə, ələ keçirən, yəni hava hədəflərinə, digər pilotsuz təyyarələrə qarşı çıxa bilən reaktiv dronlardan danışmaq olar. Hətta onlar pilotlu təyyarələrə qarşı çıxa bilirlər. Onların mühərrikləri Ukraynaya aiddir və qalan türk avionikləri də olacaq: gövdə və sairə”.
Aretoviçin sözlərinə görə, zavod tərəfindən ilk məhsullar 2022-ci ilin sonunda istehsal edilməlidir.