Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb
  • İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub
  • “Bu, iki ölkənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ, tarixi hadisədir”- Türkmənistan Prezidenti
  • Azərbaycan və Türkmənistan arasında memorandum imzalandı
  • Türkmənistan Prezidenti Ərdoğanı xüsusi medalla təltif edib - FOTO
  • “Hamı ona təzim edir”- Korrupsiyada boğulan ölkənin rəhbəri rep oxuyur və rekordlar qırır...

    • Tarix: 12-12-2021, 19:20

    “Hamı ona təzim edir” - Korrupsiyada boğulan ölkənin rəhbəri rep oxuyur və rekordlar qırır...


    Rəsmi olaraq Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın prezidenti və ölkənin Nazirlər Kabinetinin sədridir. Əslində o, qeyri-məhdud qüdrətə malik olan, fərman və qadağaları ilə bütün əhalini qorxu içində saxlayan bir hökmdardır. 
    Berdiməhəmmədov bəzən Şimali Koreya ilə müqayisədə ən sərt diktaturalardan birinə rəhbərlik edir. Bu ekssentrik rəhbərin çoxlu hobbisi var: kitab yazır, rep oxuyur, məmurlara idmanla məşğul olmağı öyrədir, lakin onun əsas vəzifəsini yerinə yetirməyə - xalqının rifahını təmin etməyə vaxtı yoxdur.
     
    "Lenta.ru"-nun bütün dövrlərin və xalqların hökmdarları silsiləsindən Türkmənistan prezidenti və onun ailəsinin həyat tərzi haqqında materialını oxucularına təqdim edirik.
     
    Hər işdə birinci
     
    “Hər axşam Türkmənistan televiziyası çoxlu istedadlara malik prezidentin gördüyü işlərdən bəhs edən bitib-tükənməyən hekayələri xalqla bölüşür. O, ya şəfalı ot və bitki dəstələri ilə qalaqlanmış masada kağızları vərəqləyir, ya da klavişli alətdə ifa edən nəvəsi Kərimqulu ilə birlikdə gitara çalır.
    Aparıcı izah edir ki, dövlət başçısı bitkilərlə bağlı növbəti kitabını bitirir.
    Xəbərlərə inansaq, Berdiməhəmmədov əla yarış avtomobili sürücüsü, qolfçu, avtomexanik, velosipedçi, mahir atıcı, it həvəskarı və rəsmi olaraq milli at yetişdiricisi tituluna malik jokeydir.
    Onun şücaətləri sıraya düzülmüş zavod işçiləri və əsgərlər tərəfindən alqışlanır. Vaxtaşırı insanlar camaatın içindən qaçaraq ona eyni gül dəstələrini verirlər.
    Hamı prezidentə baş əyərək təzim edir”, - deyə Britaniyanın “The Times” qəzeti Türkmənistanda baş verənləri təsvir edir.
     
    Türkmənistanda zarafatla deyirlər ki, hökmdarın özünü sınamadığı fəaliyyət sahəsi yoxdur. Macəralara hədsiz istək səbəbiylə o, tez-tez həyat üçün təhlükəli vəziyyətlərə düşür. Belə ki, səkkiz il əvvəl Berdiməhəmmədov saatda 60 kilometr sürətlə ippodrom boyu qaçan atın yəhərindən yıxıldı. 
    Xüsusi xidmət əməkdaşları prezidentin yıxılmasını lentə alan mobil telefonları ələ keçirmək üçün bütün tribunaları ələk-vələk etdilər. Amma bunun bir faydası olmadı: Türkmənistan liderinin yıxılması ilə bağlı video internetdə yayıldı. Aldığı xəsarətlərə baxmayaraq, dövlət başçısı xalqın qarşısına çıxıb, hətta onu yerə atmış atı da öpməyə çalışdı.
    Berdiməhəmmədov həmin yarışların qalibi oldu və 11 milyon dollar, həmçinin hər biri təxminən 2 milyon dollar dəyərində olan yeddi at qazandı.
     
    Prezident sağlam həyat tərzinin fəal tərəfdarı olduğunu nümayiş etdirməyi sevir: liderin idman zalına getdiyini bütün ölkə bilir. Bundan sonra şəbəkədə çoxlu zarafatlar və memlər görünür. Onlardan ən yadda qalanı Berdiməhəmmədovun disksiz qızıl ştanqı qaldırdığı videodur.
    O, Nazirlər Kabinetinin üzvlərinə özlərini formada saxlamağı belə öyrədir.


    Prezident məmurlara ştanqla jim etməyi öyrədir


    Prezident Berdiməhəmmədov çıxışlarından birində rep oxuyur


    Qurbanqulu Berdiməhəmmədov nəvəsi Kərimqulu ilə


    Qurbanqulu Berdiməhəmmədov Müstəqillik Günü paradında at belində, Aşqabad, 27 sentyabr 2021-ci il
     
    Qurbanqulu uşaqlıqdan idmanla məşğul olub. 15 yaşında sərbəst güləş, bir ildən sonra isə atıcılıq üzrə ölkə çempionu olub. İndi onun bir çox idman titulları var.
    2017-ci ildə ölkə Asiya Oyunlarına hazırlaşarkən Aşqabadda ağ daşdan saraylar və göydələnlər tikildi. Berdiməhəmmədov layihələri şəxsən özü yoxlayır, onlara düzəlişlər edir, podratçıları və təchizatçıları danlayır, tikinti sahələrinə baş çəkirdi.
     
    Prezidentin əsas hobbisi musiqidir. Klavişli və simlı alətlərdə ifa edir, mahnı bəstələyir. Qurbanqulu 2011-ci ildə “Ağ çiçəklərim sənin üçündür” lirik kompozisiyası ilə debüt edib. 
    Tənqidçilər mahnının müəllifinin başqası olduğunu söylədilər, lakin heç kim bu versiyanı təsdiqləməyib. O vaxtdan bəri o, müntəzəm olaraq müxtəlif üslubda olan əsərlərlə vətəndaşları əyləndirir: romantik balladalardan tutmuş repə qədər.
     
    Onun “İrəli, irəli, yalnız irəli, doğma Türkmənistan torpağı” mahnısı Ginnesin Rekordlar Kitabına düşüb: onu eyni vaxtda dörd mindən çox insan ifa edib. Berdiməhəmmədov əcnəbi dillərdə də mahnılar oxuyur. 
    2015-ci ildə Yeni il şənliyində Castin Timberleykin "Can't stop the feeling" mahnısı ilə çıxış edib. Arada dövlət başçısı hətta gitarasını kənara qoyub DJ pultunun arxasına keçib.
     
    Siyasətçi hər şeydə birinci olmağa çalışır. Dövlət telekanalları Berdiməhəmmədovun guya öz layihəsinə uyğun yarış avtomobilinə dizayn verdiyini və sonradan onu necə yığdığını göstərib. 
    Bundan əlavə, prezident bir dəfə ralli avtomobilləri ilə yarışda peşəkarı ötüb və Avtoidman Mərkəzini ziyarət etdikdən sonra onun işlədiyi layihə ilə yolsuz yerlərdə hərəkət edə biləcək avtomobil hazırlandı. Maşının testi, əlbəttə ki, liderin özü tərəfindən aparıldı.
     
    Bunlardan əlavə, prezident kitablar yazır: “Türkmənistan sağlam və yüksək mənəviyyatlı insanlar ölkəsidir”, “Axaltəkə - bizim qürur və şərəfimizdir”.
    Dövlətin rəhbərin əsərlərini müxtəlif xarici dillərə tərcümə edən xüsusi mütəxəssislər heyəti var. Prezident yazılarında musiqinin və təbiətin gözəlliyindən, idmanın və təhsilin əhəmiyyətindən, atçılıqdan, Alabaylardan - Vladimir Putinə verdiyi itlərdən danışır. Bundan əlavə, o, doqquz cilddə “Türkmənistanın müalicəvi otları” ensiklopediyasını nəşr etdirib.
    Bu kitalardan ölkənin müxtəlif tibb müəssisələrində istifadə edilməsi tövsiyə olunub. Prezidentin kitabları canlı efirdə oxunur, məktəblərdə əzbərlənir və müəllifin şəxsən özündən bir nüsxə alan şanslı insanlar qurşağa qədər baş əyib onun əlini öpməyə borcludular.
     
    Vətənin sadiq oğlu
     
    Qurbanqulu Aşqabaddan 50 kilometr aralıda yerləşən kiçik Babarap kəndində müəllim ailəsində anadan olub. Dövlət başçısının rəsmi tərcümeyi-halında onun qohumları xüsusi əhəmiyyət kəsb edir.
    Yerli məktəblilər uşaqlıqdan prezidentin babasının və atasının kim olduğunu bilirlər: küçələr, meydanlar, hərbi hissələr onların adını daşıyır. Berdiməhəmmədovlar ailəsinin altı övladı vardı: beş qız və bir oğlan.
     
    Məktəbi bitirdikdən sonra gələcək lider diş həkimi olmağa qərar verdi. Tibb İnstitutunu bitirdikdən sonra şəhər və kənd poliklinikalarında işləyib. Bir müddət Moskvada təhsil alıb, elmlər namizədi olub, bir müddət sonra universitetin stomatologiya fakültəsinə rəhbərlik edib. Tibb elmləri doktoru adı ona prezident olduqdan sonra verilib.


    Turizm zonasındakı "Avaza" otelinin foyesi, 2011


    Aşqabadda yeni yaşayış binasının təhvil verilməsi mərasimi, 2017


    Aşqabadda yeni hava limanının rəsmi açılışı, 2016
     
    Türkmənistanın keçmiş lideri Saparmurad Niyazov Berdiməhəmmədova üstünlük verib: o, onu səhiyyə naziri təyin edib və aparatda “təmizləmə” işləri apararkən ona toxunmayıb.
    Ölkədə bununla bağlı çoxlu söz-söhbətlər gəzirdi: bəziləri Qurbanqulunun prezidentin şəxsi stomatoloqu olduğunu və bununla da keçmiş rəhbərin rəğbətini qazandığını bildirir, bəziləri isə siyasətçilərin oxşarlığını qeyd edərək onu dövlət başçısının qeyri-qanuni oğlu adlandırırdı.
    Lakin buna baxmayaraq, bir dəfə o, həkimlərin maaşını gecikdirdiyinə görə Niyazovun qəzəbinə tuş gəlir. Ona töhmət verilir və üç ay müddətinə gəlirdən məhrum edilir.
     
    Saparmurad Niyazovun əliylə hakimiyyətə gələn Berdiməhəmmədov ilk növbədə sələfinin şəxsiyyətə pərəstişkarlığını ifşa etdi: keçmiş rəhbərin fotoşəkilləri və büstləri Berdiməhəmmədovun təsvirləri ilə əvəz olundu.
    Bu, hətta absurd həddə çatırdı: məsələn, 2013-cü ildən ölkədə bütün yeni evlənənlər qeydiyyat şöbəsində prezidentin portreti fonunda şəkil çəkdirməyə məcburdular.
     
    “İqtisadi böhranın məngənəsinə düşmüş diktatura”
     
    Prezident çoxlu sayda qohumlarının nə ilə məşğul olduqlarını səylə gizlətməyə çalışır. Lakin buna baxmayaraq, Amerikanın ölkədəki səfirliyi ilə Dövlət Departamentinin əməkdaşları arasında “Wikileaks” tərəfindən dərc edilən rəsmi yazışmalar sayəsində bəzi məlumatlar şəbəkəyə sızıb.
    Onlar bildiriblər ki, dövlət başçısının Sərdar adlı bir oğlu, Gülcahon və Gülşən adlı iki qızı var. Böyük qızı əri, Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin Böyük Britaniyada nümayəndəsi İlasgəldi Amanovla birlikdə Londonda yaşayır. 
    Kiçik qızı Parisdədir. O, Türkmənistanın Fransadakı səfirliyinin əməkdaşı ilə evlidir və cütlüyün Lacivərd sahilində (Kot d'Azurda) villası var.
     
    ABŞ diplomatları Berdiməhəmmədovun Marina adlı qeyri-rəsmi rus arvadı olduğunu da açıqlayıb. O, gələcək prezidentlə eyni stomatoloji klinikada tibb bacısı işləyib. 
    Şayiələrə görə, cütlüyün bir qız övladı var. 2010-cu ildə bu məlumat şəbəkədə yayılanda Marina və qızı Londonda yaşayırdı.
     
    Oğlu Sərdar haqqında daha çox şey məlumdur. Qırx yaşına qədər o, başgicəlləndirici karyera qurub. İxtisasca mühəndis olan Sərdar elmlər doktoru, polkovnik-leytenant, ölkənin əməkdar məşqçisi, parlamentin deputatı və xarici işlər nazirinin müavini olmağı bacarıb.
    Bu ilin iyulunda o, baş nazirin maliyyə və iqtisadiyyat məsələləri üzrə müavini təyin edilib. Sərdar atasının əsas varisi hesab olunur.
    Əslində o, Nazirlər Kabinetinin rəhbəri kimi fəaliyyət göstərir. Zaman-zaman hava limanında yüksək rütbəli xarici məmurları qarşılamaq ona etibar olunur.


    Türkmənistan baş nazirinin müavini Sərdar Berdiməhəmmədov


    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ailəsi ilə seçki məntəqəsində səsvermə zamanı, 2017-ci il
     
    Prezidentin bacıları da kifayət qədər yüksək vəzifələr tuturlar. Məsələn, onlardan biri - Gülnabat Qızıl Aypara milli təşkilatının rəhbəridir.
    Eyni zamanda böyük qızı Gülcahonun oğlu olan nəvəsi Kərimqulunun da prezidentin qəlbində xüsusi yeri var. Onlar tez-tez birlikdə rep oxuyur və xizəkdə sürüşürlər.
     
    Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırılma Mərkəzi prezidentin qardaşı oğlu Hacımurad Rəcəbovun təmtəraqlı yaşadığını üzə çıxarıb.
    Jurnalistlərin və qurumun əməkdaşlarının diqqətini dövlət başçısının qohumunun bu sahədə təcrübəsi olmamasına baxmayaraq, ərzaq idxalı üçün milyonlarla dollarlıq müqavilələr alması çəkib.
     
    Sosial şəbəkələrdə Rəcəbovun dəbdəbəyə olan ehtirası və xaricə bahalı səfərləri haqqında vaxtaşırı məlumatlar verilir. Bağlanan sövdələşmələrdən birindən sonra interyer dizayneri, ehtimal ki, Rəcəbova məxsus olan üçmərtəbəli malikanənin videoçarxını yerləşdirmişdi. Daha sonra videoçarx silindi.
     
    Prezident özü də incə zövqü ilə məşhurdur. Məsələn, 2013-cü ildə Cennifer Lopesi ad gününə dəvət etmişdi. Bundan əlavə, o, yerli sakinlərə bədbəxtlik gətirdiyini iddia edərək ölkəyə qara rəngli avtomobillərin gətirilməsinə qadağa qoyub. Özü üçün isə xüsusi sifarişlə hazırlanmış ağ “Mercedez G-class” seçib.


    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov müstəqilliyin 30-cu ildönümünə həsr olunmuş paradda tamaşaçıları salamlayır, Aşqabad, 2021-ci il


    Qurbanqulu Berdiməhəmmədov Aşqabadda Türkmən atlarının illik festivalı çərçivəsində Axaltəkə atlarının gözəllik müsabiqəsinin açılış mərasimini tərk edir, 29 aprel 2017-ci il
     
    “Rəsmi rəqəmlərə görə, Türkmənistan bol məhsullu, mərmər arxitekturalı və hökuməti xoşniyyətli ölkədir. Əslində isə o, getdikcə daha çox iqtisadi böhranın məngənəsinə düşmüş diktaturanı xatırladır”, -  deyə “The Times” yazır.
     
    Türkmənistanda çətin iqtisadi vəziyyət yaranıb, üstəlik, ölkə Mərkəzi Asiyanın ən korrupsiyalaşmış dövləti, dünyanın isə ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur: 180 ölkə arasında 165-ci yerdədir. 
    Tənqidçiləri haqlı olaraq təəccübləndirən odur ki, belə dolğun həyat tərzi ilə Berdiməhəmmədov əsas borcunu yerinə yetirməyə - xalqa xidmət etməyə necə vaxt tapır...
     
    Tərcümə etdi: Miraslan

    Oxunub: 351
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.