İsrailin Baş naziri ilk dəfə BƏƏ-yə səfər etdi
İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Xarici KİV xəbər verir ki, səfər çərçivəsində Bennetin Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşü gözlənilir. Verilən məlumata görə, görüş zamanı İsrail ilə BƏƏ arasında əlaqələrin dərinləşdirilməsi, xüsusən də iqtisadi və regional məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, İsrail və BƏƏ arasında diplomatik münasibətlərin bərpası qərarından sonra Baş nazirin BƏƏ-yə ilk səfəridir.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: