Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Nazirlik Eldar Mahmudovun oğluna məxsus şirkəti məhkəməyə verdi
  • Eldar Mahmudovun oğluna məxsus tikinti şirkəti bağlanır
  • İki generaldan sonra Eldar Mahmudovun həbsi qaçılmazdır - Ekspert
  • Eldar Mahmudovun London mülkləri - Baş Prokurorluq sabah şərh verəcək
  • “The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər
  • ELDAR MAHMUDOV "ÖLÜB", AMMA "HAQQ İŞİ" YAŞAYIR... və ruhu hakimləri təqib edir

    • Tarix: 13-12-2021, 14:00


    Keçmiş MTN rəhbəri Eldar Mahmudovun başçılıq etdiyi cinayətkar dəstənin ləğvindən altı il ötdü.  Dəmir barmaqlıqlar arxasına düşən generallardan bəziləri,  misal üçün Akif Çovdarov, artıq azadlıqdadır, digər paqonlu qulyabanılar isə cəzalarını çəkməyə davam edirlər.

    Mahmudovun bandası illər boyu operativ işin xüsusiyyətləri ilə pərdələnərək on minlərlə cinayət törədib. Yüzlərlə iş adamı, ictimai xadim və sadə vətəndaş bu dəstənin qurbanı olub, Azərbaycanın dövlət təhlükəsizliyi sistemi şantaj, hədə-qorxu, zorakılıq maşınına çevrilərək MTN-in hər şeyə qadir şefinin və onun əhatəsinin varlanmasına xidmət edib.



    Bu cinayətlərdə Eldar Mahmudovun rolu həm MTN-in həbs olunan əməkdaşlarının, həm də onların qurbanlarının çoxsaylı ifadələrində təsdiqini tapıb.  Yüzlərlə cildlik cinayət işlərində izlər birbaşa MTN-in rəhbərliynə aparır.  Bununla belə, Eldar Mahmudovun həbsi barədə qərar qəbul olunmayıb - o, sadəcə ictimaiyyətin nəzərindən yayınaraq, bəzi xəbərlərə görə özünün Bakıdakı çoxsaylı bağlarından birində özünə qapanıb.

    Mahmudovun milyardları və daşınmaz əmlak kolleksiyası

    Bu şəxs uzun illər Azərbaycanda az qala ən nüfuzlu məmur sayılıb.  Mahmudov həm vicdanlı sahibkarları, həm də onların əliəyri həmkarlarını talamaqla böyük sərvət toplayıb, ekspertlər bu sərvətin bir neçə milyard dollar həcmində olduğunu bildirirlər.  Ancaq Mahmudov öz nüfuzunun zirvəsində olanda, bircə imza ilə yüzlərlə insanın taleyini məhv edəndə də anlayırdı ki, onun kriminal imperiyası geci-tezi dağılacaq. 
    Odur ki, milyonlarını ardıcıl olaraq xaricə daşıyırdı və bu işdə ona qohumu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yardım edirdi.

    Eldar Mahmudovun nəğd pula ehtirasından başqa daha bir “hobbi”si vardı - general... daşınmaz əmlak kolleksiyası toplayırdı.  MTN-in yüksək rütbəli zabitləri sistemli reketlə məşğul olaraq öz qurbanlarından mənzillərini onların adına keçirilməsini tələb edirdilər, həmin mənzillərin ən yaxşıları isə Eldar Mahmudova və ailəsinin üzvlərinə çatırdı.  Və MTN cinayətkar dəstəsinin darmadağın edilməsindən 6 il sonra da məhkəmələr itirdikləri mənzillərini geri tələb edən qurbanların çoxsaylı iddiaları ilə dolub daşır.



    Əməkdaşlarımızın “Elektron məhkəmə” portalında apardıqları kiçik bir monitorinqin yekunda Mahmudovlar ailəsinin əlində cəmlənən daşınmaz mülkiyyətlə bağlı bir neçə maraqlı işi üzə çıxdı.

    “Elips-R” şirkətindən ələ keçirilən 309 min manatlıq mənzil

    Şikayətçilərdən biri Bakının Nəsimi rayonunda üç bloklu yaşayış kompleksinin inşası ilə məşğul olan “Elips-R”  mənzil-tikinti kooperativinin sədri Rauf Bayramovdur.
    2014-cü ilin yayında şirkətin ofisinə eyni vaxtda beş MTN əməkdaşı gəlir. Onlar MTN sədri Eldar Mahmudovun əmri ilə gəldiklərini bildirir və Bayramovu həbslə hədələyərək ondan ya pul verməsini, ya da tələb olunan məbləğin  ekvivalenti olaraq mənzil tələb edirlər. Bərk qorxan rəhbərlik elə yerindəcə MTN şefinin əmisi oğlu İlham Mahmudovun adına order tərtib edir və həmin orderə görə, İlham Mahmudov binanın üçüncü blokunda mənzil üçün 309 min manat “ödəyib”. Aydındır ki, “Elips-R” şirkətində İlham Mahmudovu heç vaxt görməyiblər.


    "Elips-R" şirkətinin tikdiyi həmin bina

    Vəziyyətin paradoksallığı ondadır ki, zorakılığa məruz qalan iş adamları MTN rəhbərinin qohumuna tikintisinə hələ başlanılmamış binanın üçüncü blokunda mənzil “satıblar”.  Üstəlik, “Elips-R” şirkəti həmin binada mənzil satışını heç elan da etməmişdi.  
    Sonralar yaşayış binasının iki blokunun tikintisi başa çatdırılır, üçüncünün tikintisinə isə müəyyən səbəblərdən başlanılmır.  Nəticədə İlham Mahmudov özünün virtual 309 min manatına görə mövcud olmayan binada mənzil alır.

    2015-ci ildə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan, onun cinayətkar qruplaşması ifşa olunandan sonra “Elips-R” rəhbərliyi rahat nəfəs alır - hesab etmək olardı ki, şirkətə hücumla və mənzil tələbi ilə bağlı hadisə artıq keçmişdə qalıb. 
    Ancaq yox!  Bir müddət sonra İlham Mahmudov məhkəməyə müraciət edərək “Elips-R” şirkətindən… 309 min manat tələb edir.

    MTN əməkdaşlarının həbslə hədələyərək tələb etdiyi pulların indi də məhkəmə qaydasında onlardan tələb olunmasına şirkət rəhbərliyinin reaksiyasını təsəvvür etmək çətin deyil.
    Yeri gəlmişkən, “Elips-R” şirkətinin “virtual” mənzillə bağlı işi həmin siyahıda heç də yeganə iş deyil.

    “Rich” şirkətinin rəhbərliyinə təhdidlər: 3 mənzilin əvəzinə 2 mənzil...

    Oxşar vəziyyətlə Bakının Yasamal rayonunda, Nazim Hikmət küçəsi, 27 ünvanında yaşayış binası inşa edən “Rich” mənzil-tikinti şirkəti də qarşılaşıb.

    MTN əməkdaşları “Rich” şirkətinin ofisinə gələrək bildiriblər ki, inşa olunan bina Eldar Mahmudovun çox xoşuna gəlib və ona orada üç mənzil ayrılmasını istəyir. 
    Şirkət rəhbərliyi cavab olaraq mənzilləri MTN rəhbərinə satmağa məmnunluqla hazır olduqlarını bildiriblər, ancaq deyiblər ki, hədiyyədən söhbət gedə bilməz.



    Çekistlər əliboş çıxıb gedirlər, ancaq tezliklə “Rich”  şirkətinin sahiblərinə Bakı meriyasından zəng olunur və ciddi problemlərlə hədələyərək onlardan MTN rəhbərinin “xahiş”ini yerinə yetirmələri tələb edilir. 
    Daha sonra Eldar Mahmudovdan “kompromis” təklif gəlir: MTN rəhbəri tikinti şirkətinin sahiblərinə inşa olunan binada üç mənzilin əvəzində Təhsil Nazirliyinin yaxınlığında tikilən binadan Eldar Mahmudovun qızı Nərgizə məxsus olan iki mənzili təklif edir.

    Ancaq “Rich” şirkətinin rəhbərləri bu mübadiləni qeyri-bərabər sayaraq ondan imtina edirlər. Belə olanda MTN əməkdaşları şirkət rəhbərlərini açıq-aşkar hədələyərək əgər mənzillər Eldar Mahmudova verilməzsə biznesini əllərindən alacaqlarını bildirirlər.  Çıxış yolu qalmır və “Rich” Nərgiz Mahmudovaya üç mənzil verərək əvəzində iki mənzil alır.

    MTN-dəki cinayətkar dəstə ifşa olunandan sonra “Rich” rəhbərliyi əllərindən alınan mənzilləri geri qaytarmaq üçün Yasamal rayon məhkəməsinə müraciət edərək Nərgiz Mahmudova ilə bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir.  Ancaq məhkəmə işini uduzurlar.

    Arif Qaraşov 5 mənzil aldı, amma onları Nərgiz Mahmudovanın adına keçirdilər

    Çoxsaylı iddiaçıların siyahısında daha çox təəccüb doğuran isə Qaraşov soyadlı şəxsin iddiasıdır.
    Məsələ ondadır ki, yaxın zamanda Konstitusiya məhkəməsində Arif Qaraşovun onun mülkiyyətinin zorla MTN-in keçmiş rəhbərinin qızı Nərgiz Mahmudovanın xeyrinə əlindən alınması ilə bağlı iddiaya baxılacaq. 
    Söhbət Kərəm Həsənovdan əvvəl Dövlət daşınmaz əmlak reyestri Xidmətinə rəhbərlik edən və ölkədə yetərincə tanınmış məmur olan Arif Qaraşovdan gedir.

    Arif  Qaraşovun Ali məhkəmənin mülki kollegiyasının qərarından verdiyi kassasiya şikayətində bildirilir ki, o, 2006-cı ilin avqustunda “Caspian Service” MMC ilə müqavilə bağlayır (haqqin.az  əvvəllər bu şirkət haqqında insanların yaşamaq hüquqlarını əllərindən alan Sultanov qardaşlarının özbaşınalığı barədə məqalədə yazıb).
    Müqaviləyə görə, Arif Qaraşov Yasamal rayonu, Qutqaşınlı küçəsi, 500-cü məhəllə ünvanında tikilən 18 mərtəbəli mansardlı binada ümumi sahəsi 769,6 kvadrat metr olan 5 mənzil alır. 
    Sonralar məlum olur ki, müqaviləyə baxmayaraq “Caspian Service” şirkəti həmin mənzilləri Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya verib. 
    Maraqlıdır ki, həmin müqavilə əsasında Dövlət Reyestri Xidməti 2012-ci ildə Nərgiz Mahmudovaya mənzillər üçün mülk kağızı verib.  Baxmayaraq ki, həmin binada başqa heç bir mənzilin bu cür mülk kağızı yoxdur.



    Arif Qaraşov öz iddiasında bildirir ki, heç vaxt həmin mənzillərə olan hüququndan imtina etməyib və onlar Nərgiz Mahmudovaya qanunsuz olaraq verilib.

    Hüquqlarının pozulması ilə rastlaşan Arif Qaraşov Yasamal məhkəməsinə iddia ilə müraciət edir və işi udur: məhkəmənin 18 dekabr 2019-cu il tarixli qərarı ilə “Caspian Service” və Nərgiz Mahmudova arasında bağlanmış müqavilə qanuni qüvvəsini itirir və mənzillərin iddiaçıya qaytarılması qərarı çıxarılır.

    Mahmudovun qızının apellyasiya şikayəti: hakimlər Mahmudovun tərəfini tutur

    Cavab olaraq Nərgiz Mahmudova apellyasiya şikayəti verir və yuxarı instansiya məhkəmələri gözlənilmədən bu mülkiyyət mübahisəsində Eldar Mahmudovun tərəfini tutmağa başlayırlar. O, əvvəlcə apellyasiya məhkəməsində qalib gəlir, sonra isə Ali məhkəmə Arif Qaraşovun şikayətini rədd edir.  Keçmiş məmur pozulmuş hüquqlarının bərpası ümidi ilə hazırda Konstitusiya məhkəməsinə müraciət edib.

    Bizim bu işlə bağlı Qaraşovdan şərh almaq üçün bütün cəhdlərimiz uğursuzluqla nəticələndi - o, bu haqda danışmaqdan imtina etdi. Bununla belə, Qaraşovlar ailəsinə yaxın olan mənbə ilə görüşdük və işin bəzi təfsilatlarını aydınlaşdıra bildik.

    Məlum olub ki, Arif Qaraşov 2006-cı ildə binanın 12-ci mərtəbəsində beş mənzil alıb.  Bir qədər sonra, “Caspian Service” şirkəti maliyyə çətinlikləri ilə qarşılaşanda Qaraşovla tanışlıqdan yararlanaraq ona 18-ci mərtəbədəki mənzilləri almağı da təklif edib.

    Mahmudovun yavəri Qaraşovun yanına yollanır və deyir ki...

    Arif Qaraşovla Eldar Mahmudovun tanışlığı sonuncunun MNT rəhbəri təyin olunmasından xeyli əvvələ təsadüf edir. 2012-ci ildə Qaraşov  Mahmudovun qəbuluna düşür və köhnə tanış kimi mehribanlıqla qarşılanır.  Ancaq bir neçə gün sonra Mahmudovun yavəri Qaraşovun yanına gəlir və nazirin Qaraşovun 12-ci mərtəbədə aldığı mənzilləri almaq istədiyini çatdırır.  Əvəzində Qaraşova başqa yerdə elə həmin cür mənzillər təklif olunur.

    Qeyd edək ki, bu, 2012-ci ildə - Eldar Mahmudovun nüfuzunun zirvəsində olduğu vaxt baş verir. MTN rəhbərinin istənilən istəyi o vaxtlar yazılmamış qanun sayılırdı, onun varlanmaq hərisliyi və sonsuz acgözlüyü isə dillər əzbəri idi.

    Bununla belə, Qaraşov generalın təklifindən imtina etməyə özündə cəsarət tapır və yavər öz müdirinin yanına əliboş dönür. Ancaq bir müddət sonra Qaraşovun yanına Mahmudovun adamları yenidən gələrək ona imtinasının MTN rəhbərində hiddət doğurduğunu söyləyir və MTN rəhbərinin “xahiş”ini yerinə yetirməsini məsləhət görürlər.

    Qaraşov MTN əməkdaşlarının təklifi ilə həmin vaxt Bakı meriyasında kooperativ mənzillərin tikintisi İdarəsinə rəhbərlik edən Elman Fətiyevlə görüşə yollanır. 
    Arif Qaraşova tikilməkdə olan kooperativ binalardan birində mənzillər təklif olunur - həmin binadakı mənzil fondunun  10%-i Bakı İH-nə ayrılmalı idi. Ancaq Qaraşov başqa ailələrin illərlə gözlədiyi mənzilləri götürmək istəmir.


    Mahmudovun qızı və oğlu

    Arif Qaraşov MTN tərəfindən təzyiqlərə uzun müddət duruş gətirə bilməyəcəyini anlayaraq “Caspian Service” şirkətinin ofisinə gedir və 12-ci mərtəbədəki mənzillərin alqı müqaviləsinin pozulması haqda yazılı ərizə yazaraq ödədiyi pulları geri istəyir. 
    Müqavilə elə həmin gün ləğv olunur. Bu vaxt Arif Qaraşov müqavilədə həyat yoldaşının adından formal imza qoyur ki, bunu istənilən məhkəmə ekspertizası müəyyənləşdirə bilər.  12-ci mərtəbədəki mənzillərdən imtina etdiyinə görə

    Qaraşovlar ailəsi nə “Caspian Service”-dən, nə də Eldar Mahmudovun qızından kompensasiya alır.  Sonralar aydınlaşır ki, həmin mənzillər müxtəlif şəxslərə satılıb, əldə olunan vəsait isə Eldar Mahmudova çatdırılıb.  12-ci mərtəbədəki mənzillərlə bağlı tarixçə burada bitir.

    Ancaq Eldar Mahmudov 12-ci mərtəbədəki mənzilləri Qaraşovun əlindən almaqla dayanmır. Fırıldaq yolu ilə onun qızının adına 18-ci mərtəbədəki mənzillər də keçirilir.  Onlardan isə Arif Qaraşov heç vaxt imtina etməyib və hüquqlarını bərpa etmək üçün mübarizə aparır.

    Beriya və Mahmudov



    Çətin ki, kimisə Eldar Mahmudovun yeni “qəhrəmanlıqlar”ı ilə təəccübləndirmək mümkün olsun:  bu şəxs olduqca çox cinayət törətməyə, olduqca çox insanın taleyini məhv etməyə imkan tapıb. 
    Təəccüb doğuran başqa şeydir:  niyə onun və kriminal imperiyasının çökdürülməsindən altı il sonra da məhkəmələr MTN-in keçmiş rəhbərinin qohumlarının tərəfini saxlamaqda davam edir, Mahmudovun qurbanları isə öz hüquqlarını bərpa edə bilmirlər?

    Tarixçilər yazır ki, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin  qüdrətli şefi Lavrenti Beriya 1953-cü ildə edam olunandan sonra da bu şəxsin obrazı hələ bir neçə il təkcə sıravi vətəndaşlarda yox, həm də Sov.İKP-nin görkəmli xadimlərində panik qorxu yaratmaqda davam edirmiş. 
    Doğrudanmı, tarix təkrarlanır və bütün səlahiyyətlərini itirmiş Eldar Mahmudov hələ də onun qohumlarının maraqlarını məhdudlaşdırmaqdan çəkinən məhkəmə işçilərinə qorxu təlqin edir./virtualaz.org

    İ.Hüseynov

    Oxunub: 566
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.