GƏNCƏDƏ İKİ ERMƏNİNİN MƏHKƏMƏSİ BAŞLAYIR -
Terrorçuluqda təqsirləndirilirlər
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinə terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq.
İş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: