“Global Media Group”un 6 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
"Report" xəbər verir ki, Report İnformasiya Agentliyinin iki, "Oxu.az" portalının bir, “Kaspi” qəzetinin isə üç əməkdaşı müsabiqədə qalib gəlib.
Belə ki, Sədrəddin İsmayılov (Report) “Ən yaxşı ictimai-siyasi təhlil”, İmdad Əlizadə (Report) “Ən yaxşı oçerk”, Fərid Hüseynov (“Kaspi”) “Ən yaxşı mədəniyyət materialı”, Bəxtiyar Məmmədli (“Kaspi”) “Ən yaxşı sosial-iqtisadi təhlil” və Rufik İsmayılov (“Kaspi”) “Ən yaxşı reportaj” və Könül Soltanova ("Oxu.az") “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olublar.
Qeyd edək ki, MEDİA noyabrın 23-də fərdi jurnalist müsabiqəsi elan etmişdi. Agentlik dekabrın 14-də müsabiqənin nəticələrini açıqlayıb.