"Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfə verib"- Baş katib
"NATO ilə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub".
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Əfqanıstandakı missiyamıza, xüsusilə, Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi məsələsinə mühüm töhfə verib", - Stoltenberq bildirib.
Alyans rəsmisi vurğulayıb ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamı üçün vacibdir.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: