ABŞ-ın dövlət katibi Türkiyənin Ermənistanla bağlı qərarını dəstəkləyib
ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı fikirlərinə münasibət bildirib.
E.Blinken deyib ki, rəsmi Ankaranın Ermənistanla dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə qərarını dəstəkləyir.
Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi: “Yaxın vaxtda Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin eədəcyik. Hər addımla Azərbaycanla birlikdə hərəkət edəcəyik”./report
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: