Tibb bacıları etiraz tətilinə başladı...-
SƏBƏB?..
İsraildə tibb bacılarının həmkarlar ittifaqı bu gün - dekabrın 15-dən tətilə başlayıb.
Bu haqda yerli “Aruts Şeva” portalı məlumat yayıb.
Səhər saatlarından etibarən ölkənin əsas səhiyyə müəssisələrində çalışan tibb bacıları işlərini dayandıracaqlar.
Tətil səhiyyə sistemində tibb bacılarına qarşı zorakılığa son qoymaq planının həyata keçirilməməsinə etiraz olaraq keçirilir.
Qeyd edək ki, İsraildə, mütəmadi olaraq tibb bacıları və həkimlərlə yanaşı, müəllimlər, fəhlələr, hətta polislər də hüquq pozuntularına qarşı etiraz aksiyaları piketlər, mitinqlər və tətillər icra edirlər./moderator
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: