Türkiyədə bu il ərzində 2631 terrorçu MƏHV EDİLİB - "Mübarizə son terrorçuya qədər davam edəcək"

Baza komandirindən fəaliyyətlə bağlı məlumat alan və müvafiq tapşırıqlar verən Akar daha sonra şəxsi heyətə müraciət edərək Türkiyənin həssas bir dövrdən keçdiyini, qeyri-müəyyənlik, risk, təhlükə və beynəlxalq qeyri-sabitliyin günü-gündən artdığını bildirib.
Nazir, həmçinin terrorla mübarizə əməliyyatlarına toxunaraq bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayının 2631-ə çatdığını vurğulayıb.
O, bəyan edib ki, bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək./“Anadolu” agentliyi
Oxunub: 235
Xəbəri paylaş
Paylaş: