Dövlət Statistika Komitəsi Azərbaycanda işsizlərin sayını açıqladı
2021-ci il noyabrın 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 302,4 min nəfər olub.
Globall.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onlardan 4 milyon 986,6 min nəfərini məşğul əhali təşkil edib.
Noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 670,5 min nəfər çalışıb.

Oxunub: 233
Xəbəri paylaş
Paylaş: