Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi /VİDEO
  • MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - SİYAHI
  • "Mövlam Şıxəliyev 25 min dollarlıq kostyum aldırıb pulunu mənə ödətdirdi" - "MTN işi"

    • Tarix: 16-12-2021, 10:40



    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hər iclasda yeni ilginc detallar üzə çıxır.

    Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. 
    İttihama görə, Mövlam Şıxəliyev və digər 3 nəfər - istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

    Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. 
    Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. 
    İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. Mətbuat nümayəndələri açıq keçirilən prosesə buraxılmır.


    Yasin Məmmədov

    Media mənsubları yalnız zərərçəkənlər vasitəsilə məlumat ala bilir

    Ötən proses iş üzrə zərərçəkən Əhməd Məhəmməd oğlu Mirzəyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əhməd Mirzəyev 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub. 
    Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyyətcə gürcü olan Lento ona zəng edib: “Lento söhbət əsnasında dedi ki, mənə qranit materialından olan balta hədiyyə göndərir. Baltanın yanında qızıldan olan keçi fiquru da olduğunu dedi. 
    Lentonun sözlərindən bildim ki, ”qızıl keçi" Bakı şəhərində yaşayan Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar pulu alıb Lentoya göndərməliyəm. Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib. 
    Sürücü Arifdən xahiş etdim ki, gedib avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alıb gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim. Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaurun yaşadıgı ünvana yolladım.


    Sahib Ələkbərov

    Arif 18 mart 2010-cu ildə, təxminən saat 19 radələrində Zaurun evinə getdi. 2-3 saat keçəndən sonra Arif mənə zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. 
    Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. 
    Ertəsi gün səhər vaxtı mənə özünü MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi.


    Vüsal Ələkbərov

    Məni MTN-ə çağırdı. Həmin gün saat 11 radələrində MTN-ə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. 
    Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil. Əsəbiləşmişdim, hətta hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm. 27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-ə çağırdı. 
    Komendaturada qeydiyyata alınmadan birbaşa İstintaq Baş İdarəsinin rəisi, bu gün qəfəsdə oturan Mövlam Şıxəliyevin otağına apardılar. Qəbul otağında 3-5 dəqiqə gözlədikdən sonra Mamayın adamları məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şıxəliyev mənimlə danışanda dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağı ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik.

    Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlam Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb, tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min yoxumdur. 
    Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs-qətimkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün  500 min manat tələb edirdi. Əks halda, hədələyirdi və ən azından qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. 
    Sonradan Təhsin Ağayev 500 min dollar müqabilində məni  həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşmışdım.



    Sahibkar həbsdə ola-ola əmlakını “Azəriqazbank”a  girov qoydular, 300 min dollar götürdülər

    Vəkilim Sabirlə qardaşım Xəqaniyə xəbər göndərdim ki,  həbsdən azad olunmağım üçün 500 min dollar məbləğində pulu tapıb Təhsin Ağayevə versin. Almaniyada yaşayan digər qardaşım Sultan Əhmədov “Azəriqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdırmağı xahiş etdi. 
    Xəqani “Azəriqazbank”dan 250 min dolları götürüb, üzərinə də özündən pul qoyub ümumilikdə 375 min manat məbləğində pulu hazırlayıb. 
    Bildiyim qədər Xəqani pulu 14, yaxud 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayevə zəng edərək MTN-in komendaturasının qarşısında Təhsin Ağayevin göndərdiyi adama verdi. Təxminən 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi “pul çatıb, səni azad edəcəyik” dedi.

    Saxta həkim sənədi ilə istintaqdan yayınan MTN polkovniki-TƏHSİN AĞAYEV  TOYLARDA YALLI GEDİR » Teref.az

    Təhsin Ağayev məni azad etmək üçün MTN-ə həkim çağırdı. Mənə də dedi ki, “həkimə başım ağrıyır, ürəyimdə problem var de, özünü pis hiss etdiyin görüntüsü yarat. Həkim də səninlə bağlı rəy verəcək, Mövlam müəllimin qərarı ilə səni azad edəcəyik”. 

    Belə də oldu, həkim gəldi, Təhsin Ağayevin dediyi qaydada şikayətimi elədim. Həkim də mənim xəstə olmağımla bağlı saxta rəy verdi. Məni həmin gün 12-13 radələrində MTN-dən azadlığa buraxdılar.

    Təhsin Ağayev dedi ki, “istəsən, 100 min dollar ver, sürücün Arifi də buraxaq. Pulumun olmadığını dedim, Təhsin Ağayev də sürücünün buraxılmayacağını dedi. Bundan sonra Arifin də, mənim də barəmdə qaçaqmalçılıq maddəsi ilə cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi. Bundan sonra Arifi 8 ay qanunsuz olaraq həbsdə saxladılar. Yayın istisində ona orada əziyyət verdilər.

    İş məhkəməyə gələndən sonra hakim Əfqan Hacıyevlə xidməti kabinetində görüşdüm. Hakim dedi ki, sənə şərti iş veriləcək, gərək bunun üçün 100 min manat pul verəsən.

    Əfqan Hacıyev: "Yayılan məlumat həqiqətə uyğun deyil"
    Əfqan Hacıyev

    Əfqan Hacıyevə dedim ki, tələb etdiyi qədər pulum yoxdur. Hakim əsəbiləşdi. Başladı ki, MTN-ə verməyə pul tapırsız, məhkəməyə gələndə isə ağlayırsız. Hakimlə razılaşdıq ki, ona 100 min dollar verəcəyəm, mənimlə bərabər sürücü Arifin də barəsində şərti cəza çıxaracaq, onu da məhkəmə zalından azad edəcək. 
    Əfqan Hacıyevə pulu verəndə dedim ki, bizə bəraət ver, günahımız yoxdur, bizi şərləyiblər. Dedi ki, sizə heç bir halda bəraət verə bilmərəm, iş MTN-dən gəlib.
    Formal məhkəmə keçdi, sürücü Arifə də, mənə də şərti cəza verildi. Sürücünü də məhkəmə zalından buraxdılar".

    Zərərçəkmiş deyib ki, bundan sonra Mövlam Şıxəliyevin mənə sifarişləri bitib tükənmirdi: “Məni həbsdən buraxandan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şıxəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi. 
    Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in ”xofu" çəkilib getməmişdi, Mövlam Şıxəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. 
    Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb".

    Zərərçəkən məhkəmədə cinayət işinin materiallarında olmayan yeni bir hal haqda da məlumat verib. Onun sözlərindən məlum olub ki, Əhməd Mirzəyev həbsdən azad edildikdən sonra da Mövlam Şıxəliyev ona sifarişlər göndərməkdə davam edib: “Mövlam Şıxəliyev məndən əl çəkmirdi. 
    Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs mənim ad günümdür, mənə ”Stefanno Ricci" brendindən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. 
    Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi..."

    Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev “yalan deyir” qışqırıb. Zərərçəkən Əhməd Mirzəyev isə “haramın olsun” deyib.
    Hakim tərəfləri sakitləşdirib.
    Əhməd Mirzəyev ifadəsini davam etdirib: “Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya ”25 min dollara kostyum olar" dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. 
    Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu dedi. Mən də çek tələb etdim. Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyi qadağan edib. 
    Soruşdum ki, ümumiyyətlə, kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi".
    Bundan sonra hakim, dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verib. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir.

    Zərərçəkən hakimə bildirib ki, istintaqa kafel-metlaxla bağlı kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.
    Bundan sonra prosesdə 20 dekabra qədər fasilə elan olunub./musavat.com

    Oxunub: 444
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.