Kosmik tədqiqatlarda bir ilk: Günəşə tarixi “toxunuş” baş tutub

Kosmosda tarixi nailiyyət Günəş ətrafında korona adlanan bölgəyə qısa müddət ərzində daxil olan “Parker” Günəş zondu tərəfindən əldə edilib.
Günəşə “toxunan” uçuş aprel ayında baş tutsa da, məlumatların təhlili indi bunu təsdiqləyə bilib.
“Parker” Günəşin necə işlədiyinə dair yeni anlayışlar əldə edərək, güclü istilik və radiasiyaya dözməli olub.
“Parker Solar Probe” agentliyin indiyə qədər həyata keçirdiyi ən ciddi missiyalarından biridir.
Üç il əvvəl buraxılan və avtomobil ölçüsündə olan vasitə Günəş ətrafında dolaşaraq yaxın keçidlər edir./TRT Haber
Oxunub: 445
Xəbəri paylaş
Paylaş: