İranda 2010-cu ildən bu yana ən azı 170 qadın edam edilib -
İran İnsan Haqları təşkilatı
Osloda yerləşən və İranda ölüm hökmünün tətbiqinə nəzarət edən İran İnsan Haqları qeyri-hökumət təşkilatının məlumatına görə, edam edilən sonuncu qadınlardan biri bu Susan Rezaipur olub. Ölüm hökmü oktyabrın 27-də icra edilən xanım əmisi oğlu olan ərinin qətlnə görə ən ağır cəza alıb.
Qadın altı il həbsdə yatdıqdan və əmisi də daxil olmaqla, mərhumun yaxın qohumları onu bağışlamaqdan imtina etdikdən sonra edam edilib.
Məhkəmədə Susan Rezaipur bildirib ki, qətl baş verən gün əri həddən artıq sərxoş olub və onu döyüb. Qadın artıq buna dözə bilməyərək özünü qorumaq üçün onu öldürüb.
Ölkədə edam edilən qadınların sayının artması da ciddi narahatlıq doğurur.
Təşkilatın məlumatına görə, təkcə bu il İranda azı 15, 2010-cu ildən bu yana isə ən azı 170 qadın edam edilib./BBC