"Ermənistan öz tarixində ilk dəfə Türkiyənin bütün şərtlərini yerinə yetirdi"- erməni politoloq

"Hər kəs anlayır ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini ödəyib."
Bu barədə dekabrın 16-da politoloq Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.
“1992-ci il yanvarın 6-dan etibarən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ABŞ-ın xarici siyasətində prioritet məsələ olub. Bütün mərhələlərdə belə bir fürsət olanda Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib. İndi Amerika siyasətinin intensivləşməsi də bununla bağlıdır.
İndi hamımız Türkiyə və Azərbaycanla barışığa razılaşmağa həvəslənəcəyik, çünki biz ərazimiz və suverenliyimiz hesabına güzəştlərə getməyə hazırıq”, - deyə o, bu prosesdə Rusiyanın rolunu qeyd etmədən yazıb.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: