Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RUSİYA GÜMRÜDƏKİ HƏRBİ BAZASINI NƏYƏ HAZIRLAYIR?- Ermənistan hərbi əməliyyatlara mane ola bilər, amma...
"İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"- DTX-nin saxladığı Anass Derraz
Rusiya KİV-lərində Azərbaycana qarşı KÜTLƏVİ TƏXRİBAT - FOTOLAR
Press-fakt.az
    
  • Trampın xüsusi nümayəndəsi Moskvaya gedir -
    Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - SƏBƏB
  • 
  • Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb:
    Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb: Əmlak MN-ə qaytarılsın
  • 
  • Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB -
    Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB - MÜHÜM DETAL
  • 
  • 4 ÖLKƏ Azərbaycan qazının Suriyaya çatdırılmasına dair
    4 ÖLKƏ Azərbaycan qazının Suriyaya çatdırılmasına dair BƏYANAT YAYDI
  • 
  • Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır -
    Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır - hay saytı
  • 
  • Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
    Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
  • 
  • PKK-nı tərksilah etmək üçün təzyiq!
    PKK-nı tərksilah etmək üçün təzyiq! Öcalan üç ölkənin adını çəkir
  • 
  • BU HEYKƏL NİYƏ SÖKÜLMƏMƏLİDİR?-
    BU HEYKƏL NİYƏ SÖKÜLMƏMƏLİDİR?- Hüquqi şərh
  • 
  • Dünyada dəqiqələrdə milyon qazananlar və...
    Dünyada dəqiqələrdə milyon qazananlar və... 1 dəqiqəyə 1 milyon qazanan 2 şirkət
  • 
  • Təbrizin cəmi 75 günlük su ehtiyatı qalıb -
    Təbrizin cəmi 75 günlük su ehtiyatı qalıb - Tehranda ictimai tualetlər bağlandı
  • 
  • HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq
    HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq
  • 
  • Cadu qalmaqalı böyüyür -
    Cadu qalmaqalı böyüyür - Bu dəfə sabiq deputat Elton Məmmədovun adı hallanır
  • 
  • Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri
    Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski SAXLANILIB
  • 
  • Nobel mükafatı laureatı Aziz Sancar Şimali Kipr vətəndaşı oldu
    Nobel mükafatı laureatı Aziz Sancar Şimali Kipr vətəndaşı oldu
  • 
  • Modi raket zərbəsi ilə hədələdi:
    Modi raket zərbəsi ilə hədələdi: “Əgər Pakistan yenə günah işlətsə..."
  • 
  • “İmtahanlar saxtalaşdırıldı, oğlumun haqqı tapdalandı”-
    “İmtahanlar saxtalaşdırıldı, oğlumun haqqı tapdalandı”- Aparıcıdan iddia
  • 
  • Qalmaqallı sabiq hakim vəfat etdi -
    Qalmaqallı sabiq hakim vəfat etdi - Eldar Mahmudova məktub yazmışdı...
  • 
  • Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb
    Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb
  • 
  • Yeni Klinikanın direktoru bütün orqanlarını bağışladı:
    Yeni Klinikanın direktoru bütün orqanlarını bağışladı: "İnanılmaz sevincliyəm..."
  • 
  • Yaş həddi qaldırıldı:
    Yaş həddi qaldırıldı: Bu şəxslər hərbi xidmətə ÇAĞIRILACAQ
  • 
  • “Reuters” Trampın AZƏRBAYCANLA BAĞLI PLANLARINDAN YAZDI
    “Reuters” Trampın AZƏRBAYCANLA BAĞLI PLANLARINDAN YAZDI
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi /VİDEO
  • "3 MİLYON TƏLƏB EDİRDİ, 2 MİLYONA RAZILAŞDIQ..." - "Deyirdi ki, nazirin göstərişidir..."
  • Qızıl keçi, İdarə rəisi, 500 min dollar, üstəlik də 25 min dollara kostyum...- GENERAL QƏFƏSDƏN QIŞQIRDI: "YALAN..."

    • Tarix: 16-12-2021, 15:37


    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəmədə davam etməkdə olan məhkəmədə qalmaqal yaranıb.
    Zərərçəkənlərdən biri M.Şıxəliyevin onu MTN-ə çağırıb necə təhdid etdiyini ətraflı danışıb. Canını bu cəlladdan qurtarmaq üçün 500 min dollar verməli olduğunu deyib, amma bildirib ki, M.Şıxəliyev yenə ondan əl çəkməyib. Gah villasında təmir işləri üçün ondan dəyəri on minlərlə manat olan kafel-metlax götürüb, gah da ad günü olduğunu deyərək 25 min dollarlıq kostyumun pulunu ödətdirib.

    Xatırladaq ki, jurnalistlərin məhkəməni izləməsinə icazə verilmir, nəticədə KİV nümayəndələri içəridə baş verənlər haqda ancaq çöldə zərərçəkənlərdən məlumat ala bilirlər.



    Qeyd: Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb.
    Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.
     

    Təqsirləndirilən Yasin Məmmədov

    Ötən gün məhkəmədə zərərçəkən Əhməd Məhəmməd oğlu Mirzəyev sərbəst ifadə verib.  O, 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub.
    Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyyətcə gürcü olan Lento ona zəng edib.
    Deyib ki, ona qranitdən hazırlanmış balta hədiyyə göndərir. Baltanın yanında isə qızıldan hazırlanmış keçi fiquru var, həmin fiquru Bakıda Zaur adlı şəxsə çatdırmaq, ondan 1500 dollar alıb Gürcüstana göndərmək lazımdır.

    Zərərçəkənin dediklərindən:
    -Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib. Sürücü Arifdən xahiş etdim ki, gedib avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alıb gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim.
    Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaurun yaşadığı ünvana yolladım.



    Arif 18 mart 2010-cu ildə, təxminən 19 radələrində Zaurun evinə getdi. 2-3 saat keçəndən sonra Arif mənə zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. 
    Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. 
    Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. 
    Ertəsi gün səhər vaxtı mənə özünü MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi. Məni MTN-ə çağırdı.
    Həmin gün saat 11 radələrində MTN-ə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil.
    Əsəbiləşmişdim, hətta hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm.
    27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-ə çağırdı. Komendaturada qeydiyyata alınmadan birbaşa İstintaq Baş İdarəsinin rəisi, bu gün qəfəsdə oturan Mövlam Şixəliyevin otağına apardılar. Qəbul otağında 3-5 dəqiqə gözlədikdən sonra Mamayın adamları məni Mövlam Şixəliyevin otağına apardılar.
    Mövlam Şıxəliyev mənimlə danışanda dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağı ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik.


    Təqsirləndirilən Sahib Ələkbərov

    Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlam Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb, tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min yoxumdur. 
    Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs-qətimkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün  500 min manat tələb edirdi. 
    Əks halda, hədələyirdi və ən azından qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. 
    Sonradan Təhsin Ağayev 500 min dollar müqabilində məni  həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşmışdım.


    Təqsirləndirilən Vüsal Ələkbərov

    Vəkilim Sabirlə qardaşım Xəqaniyə xəbər göndərdim ki,  həbsdən azad olunmağım üçün 500 min dollar məbləğində pulu tapıb Təhsin Ağayevə versin.
    Almaniyada yaşayan digər qardaşım Sultan Əhmədov “Azəriqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdırmağı xahiş etdi. Xəqani “Azəriqazbank”dan 250 min dolları götürüb, üzərinə də özündən pul qoyub cəmi 375 min manat (o vaxtkı məzənnə ilə 500 min dollara yaxın)  məbləğində pulu hazırlayıb.
    Bildiyim qədər Xəqani pulu 14, yaxud 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayevə zəng edərək MTN-in komendaturasının qarşısında Təhsin Ağayevin göndərdiyi adama verdi. Təxminən 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi “pul çatıb, səni azad edəcəyik” dedi.

    Təhsin Ağayev məni azad etmək üçün MTN-ə həkim çağırdı. Mənə də dedi ki, “həkimə başım ağrıyır, ürəyimdə problem var de, özünü pis hiss etdiyin görüntüsü yarat.
    Həkim də səninlə bağlı rəy verəcək, Mövlam müəllimin qərarı ilə səni azad edəcəyik”. Belə də oldu, həkim gəldi, Təhsin Ağayevin dediyi qaydada şikayətimi elədim. Həkim də mənim xəstə olmağımla bağlı saxta rəy verdi. Məni həmin gün 12-13 radələrində MTN-dən azadlığa buraxdılar.

    Təhsin Ağayev dedi ki, “istəsən, 100 min dollar ver, sürücün Arifi də buraxaq. Pulumun olmadığını dedim, Təhsin Ağayev də sürücünün buraxılmayacağını dedi.
    Bundan sonra Arifin də, mənim də barəmdə qaçaqmalçılıq maddəsi ilə cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi. Bundan sonra Arifi 8 ay qanunsuz olaraq həbsdə saxladılar. Yayın istisində ona orada əziyyət verdilər.



    Zərərçəkən daha sonra deyib ki, sürücüsünü azadlığa buraxdırmaq üçün hakimə də 100 min dollar verib. Onları məhkəməyə çıxarıblar və formal məhkəmə prosesi qurublar, barələrində şərti cəza hökmü çıxarıblar. Amma bundan sonra da Mövlam Şıxəliyev ondan əl çəkməyib.

    Əhməd Mirzəyev əhvalatın davamını belə nəql edir:
    -Məni həbsdən buraxandan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şixəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi.
    Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in ”xofu" çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim.
    Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb.

    Amma Mövlam Şıxəliyev bunlarla da kifayətlənmirdi.  Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs  ad günümdür, mənə ”Stefanno Ricci" brendindən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən.
    2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi..."

     

    Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev  yerindən “yalan deyir” qışqırıb. Zərərçəkən Əhməd Mirzəyev isə ona “haramın olsun” deyib. Hakim tərəfləri sakitləşdirib.

    Əhməd Mirzəyev ifadəsini davam etdirib: 
    -Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya ”25 min dollara kostyum olar" dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır.
    Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu dedi. Mən də çek tələb etdim.
    Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyi qadağan edib. Soruşdum ki, ümumiyyətlə, kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi.

    Bundan sonra hakim, dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verib. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir. Zərərçəkən hakimə bildirib ki, istintaqa kafel-metlaxla bağlı kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.
    Bundan sonra prosesdə dekabrın 20-nə qədər fasilə elan olunub.

    İ.Rafiqqızı

    Oxunub: 450
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      03-08-2025
      01:21 | UKRAYNADA KORRUPSİYA QALAMQALI: DEPUTAT VƏ SABİQ QUBERNATOR SAXLANILDI - FOTOLAR
      01:11 | Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - SƏBƏB
      01:00 | Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb: Əmlak MN-ə qaytarılsın
      00:45 | Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB - MÜHÜM DETAL
      00:40 | 4 ÖLKƏ Azərbaycan qazının Suriyaya çatdırılmasına dair BƏYANAT YAYDI
      00:35 | Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır - hay saytı
      00:30 | Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
      00:25 | PKK-nı tərksilah etmək üçün təzyiq! Öcalan üç ölkənin adını çəkir
      00:20 | BU HEYKƏL NİYƏ SÖKÜLMƏMƏLİDİR?- Hüquqi şərh
      00:15 | Dünyada dəqiqələrdə milyon qazananlar və... 1 dəqiqəyə 1 milyon qazanan 2 şirkət
      00:10 | "Rusiya ilə əməkdaşlığımız sarsılmazdır”- Hindistandan Trampa cavab
      00:05 | Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
      00:00 | Təbrizin cəmi 75 günlük su ehtiyatı qalıb - Tehranda ictimai tualetlər bağlandı
      02-08-2025
      22:00 | SƏNƏDSZ EVLƏR PROBLEMİ həll olunur: İnsanlar HARA MÜRACİƏT ETMƏLİDİR?
      21:50 | HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq
      21:44 | Cadu qalmaqalı böyüyür - Bu dəfə sabiq deputat Elton Məmmədovun adı hallanır
      21:35 | Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski SAXLANILIB
      21:30 | Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edilib
      20:00 | Nobel mükafatı laureatı Aziz Sancar Şimali Kipr vətəndaşı oldu
      18:30 | PUTIN “ÇƏTİN QOZ"DUR ...”- "Medvedev isə “boşboğaz”dır"
      18:20 | Modi raket zərbəsi ilə hədələdi: “Əgər Pakistan yenə günah işlətsə..."
      18:15 | “İmtahanlar saxtalaşdırıldı, oğlumun haqqı tapdalandı”- Aparıcıdan iddia
      18:10 | Qalmaqallı sabiq hakim vəfat etdi - Eldar Mahmudova məktub yazmışdı...
      17:45 | Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb
      17:40 | “AZƏRBAYCAN CƏSARƏTLƏNİB VƏ BU...”- Rusiyaya arxalanan Koçaryan ermənilərə nə vəd edir?
      17:30 | Təhdidlərə baxmayaraq Hindistan Rusiyadan neft idxalını davam etdirir
      17:20 | Rusiyanın təsdiqlənmiş itkiləri 121 mini keçdi - Ukraynanın da ölü sayı açıqlandı
      17:15 | Yeni Klinikanın direktoru bütün orqanlarını bağışladı: "İnanılmaz sevincliyəm..."
      17:10 | Yaş həddi qaldırıldı: Bu şəxslər hərbi xidmətə ÇAĞIRILACAQ
      17:00 | “Reuters” Trampın AZƏRBAYCANLA BAĞLI PLANLARINDAN YAZDI
      16:55 | MİQ-də olan vakant yerlər gizlədilir?- VİDEO
      16:50 | Süni intellektlə bağlı dəhşətli PROQNOZ: Bəşəriyyətin 95 faizini məhv edəcək
      16:30 | Hakan Fidan HƏMAS-ın sədri Məhəmməd Dərvişlə görüşüb
      16:25 | Sabahın hava proqnozu açıqlandı: Temperatur yüksəlir
      16:15 | “Trampın “sualtı diplomatiyası” PUTİN ÜÇÜN XƏBƏRDARLIQdır” – “Mesajın ünvanı Medvedev deyildi”
      16:10 | Putini hiddətləndirən hücum! Kritik obyekt vuruldu
      16:05 | Azərbaycanda deputat xadiməni MƏHKƏMƏYƏ VERDİ
      16:00 | Ərdoğan-Meloni zirvəsi sonrası açıqlama - Maraqlı Qəzza mesajı
      15:55 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
      15:50 | “NÜVƏ SAVAŞINA HAZIRIQ!”- Kremlin nüvə təhdidləri Trampı nələrə təhrik edir?
      15:45 | Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq
      01:10 | ABŞ-ın Türkiyə ilə bağlı yeni qərarı! Tramp imzaladı
      01:00 | Bu şəxslər Rusiyada iş tapa bilməyəcək - Yeni qanun layihəsi
      00:55 | Tramp bu tarixdən 68 ölkə və Avropa İttifaqına tariflər tətbiq edəcək
      00:50 | Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş - Maaş verilmir /FOTO
      00:40 | İranda türk adına görə körpəyə sənəd verilmədi
      00:35 | Kolumbiyanın keçmiş prezidenti 12 ilini evində keçirəcək
      00:30 | “100 min gəncin taleyini həll edən prosesə cəmi 9 gün vaxt ayrılılıb"-  "Bu, nə məntiqli, nə də ədalətlidir...”
      00:25 | Bu ölkə İsrailə silah əlaqələrini dayandıran ilk Aİ ölkəsi oldu
      00:20 | Putin Trampın ULTİMATUMUNU RƏDD ETDİ - "Məyusluq artıq gözləntilərdən yaranır..."
      00:15 | ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir
      00:10 | "Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib"- Tramp
      00:05 | UNICEF rəsmisi dəhşətli rəqəmi açıqladı - Qəzzada 18 mindən çox uşaq həlak olub
      00:00 | Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?- VİDEO
      01-08-2025
      18:20 | Bu media subyektləri 5000 manatadək cərimələnəcək - QANUN TƏSDİQLƏNDİ
      18:00 | Emin Ağalarov tənqidlərə cavab verdi: “Bakıda kazino açmağımın səbəbləri bunlardır..."
      17:55 | Ukrayna ordusu bu istiqamətdə irəliləyişə nail olub -  ISW məlumat yaydı
      17:15 | Reyestrdə olmayan çap mediasının nəşri qadağan olundu
      17:00 | BAKI MOSKVANIN BU MÜRACİƏTİNƏ "YOX" DEDİ...- Paşinyanı devirmək və Azərbaycana qarşı yeni müharibə planı
      16:55 | Yer üzündən silinmiş şəhər -  Rusiya Çasov Yarı bu günə saldı /FOTOLAR
      16:50 | Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək
      16:45 | Rusiya Azərbaycan məhsullarının əsas alıcısı oldu - İlk 6 ayın ixrac rəqəmləri açıqlandı
      16:35 | Tanrının insana bəxş etdiyi möcüzələr - Bunları bilirdinizmi
      13:45 | MÜHARİBƏNİN Rusiya və Ukraynaya vurduğu ZİYAN AÇIQLANDI - Şok MƏBLƏĞ
      13:30 | Uinston Çörçillin eynəkləri bu qiymətə satışa çıxarıldı
      13:25 | Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı
      13:15 | Emin Əmrullayev Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başlatdı - "Bura donuzxanadır" deyib
      13:10 | İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
      13:00 | RUSİYA GÜMRÜDƏKİ HƏRBİ BAZASINI NƏYƏ HAZIRLAYIR?- Ermənistan hərbi əməliyyatlara mane ola bilər, amma...
      12:45 | Sabah Bakıda 40 dərəcə isti olacaq - hava PROQNOZU
      12:40 | Qız kimi oğlanların sayı buna görə artır - Sosioloqdan ŞOK açıqlama
      12:30 | Stəkan, Türmə, Rəzil, Şikayət...- Uşaqlara qoyulan ən qəribə ADLAR
      12:25 | İsrail razılaşana qədər Fələstin dövləti olmayacaq - ABŞ dövlət katibi
      12:00 | “RUSİYANIN ETDİKLƏRİ İYRƏNCDİR”- Tramp ritorikasını daha da sərtləşdirdi
      11:55 | İsrail BƏƏ-dən bütün diplomatik personalını və ailələrini təxliyə edir
      11:50 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:45 | Xaricdən ƏN ÇOX BORC ALAN DÖVLƏT QURUMLARI -  CƏDVƏL
      11:40 | Azərbaycanın ümumi dövlət borcunun həcmi açıqlanıb: 25 MILYARD 695,6 MILYON MANAT
      11:30 | İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... “SIĞINDI”- Milyarderin “quyruğu qapı arasında qalanda”...
      11:15 | TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib -  FOTO
      11:10 | Xalq artisti Arif Babayev vəfat edib
      01:05 | 1 Avqust - Azərbaycan Dili Günüdür
      01:00 | TASS ÜZRXAHLIQ ETMƏSƏ, müvafiq TƏDBİRLƏR GÖRÜLƏCƏK - Ayxan Hacızadə
      00:45 | Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ: Əgər anti-Azərbaycan açıqlamaları DAVAM EDƏRSƏ...
      00:40 | Bu türk dövləti Rusiyadan imtina etdi: Özümüz həll edəcəyik
      00:35 | Pezeşkian xəbərdarlıq etdi: Sentyabrda Tehranda su olmayacaq!
      00:30 | Tramp bu yolla Putini ələ ala bilər - “Politico”
      00:25 | Azərbaycanla sülh olacaq - Xaçatryan
      00:20 | Rusiya ilə birbaşa müharibə ağlasığmazdır - Rubio
      00:15 | Məsud Pezeşkian: "Azərbaycan bizə doğmadır"
      00:10 | Kiyevdə matəm elan olundu
      00:05 | Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - YENİ QANUN
      00:00 | Avqust ayına olan hava proqnozu açıqlandı -  Bölgələrdə hava necə olacaq?
      31-07-2025
      21:00 | "İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"- DTX-nin saxladığı Anass Derraz
      20:30 | DEPUTATIN “DADLI BİZNESİ”- Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
      20:25 | Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
      17:00 | Rusiya KİV-lərində Azərbaycana qarşı KÜTLƏVİ TƏXRİBAT - FOTOLAR
      16:30 | Erməni ruhani QAREGİNƏ qarşı QİYAMA QAIXDI: “ÜÇ ARVADI VAR” - Sensasion çıxış
      16:25 | Bu ölkədə öldürücü isti hava qeydə alındı
      15:15 | Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 8 nəfər öldü, 124 yaralı var -  Yeniləndi - Video/Foto
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.