"Saleh Rüstəmli ilə bağlı məlumatların heç bir əsası yoxdur"- Adil Qeybulla açıqlama yaydı
"Saleh bəyin komaya düşməsi, ona gecə xüsusi yardım göstərilməsi ilə bağlı xəbərlər tam yanlışdır və əsası yoxdur. Onun səhhəti Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimlərinin və mənim nəzarətim altındadır".
Globall.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla "Facebook" səhifəsində məlumat yayıb.
O qeyd edib ki, Saleh Rüstəmli ilə dövlət qurumlarının separat sövdələşməsi və ona nəyinsə vəd edilməsi ilə bağlı fikirlərin də heç bir əsası yoxdur.
"Bütün proses mənim iştirakımla baş verib. İlk addım atılıb, aclıq dayandırılıb, qarşıda Saleh bəyin səhhətinin bərpası məsələsi durur. Dövlətin ədalətinə ümidlə deyə bilərəm ki, lütfən hadisələri qabaqlamayaq" – deyə, A.Qeybulla vurğulayıb.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: