Poroşenka televiziyada gözlənilmədən canlı efirə girib - VİDEO

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko parlamentin “Rada” telekanalının canlı yayımına daxil olaraq öz komandasını ölkədəki hazırkı hakimiyyətə işləməkdə ittiham edib.
“TASS” xəbər verir ki, müvafiq video-fraqment kanalın “YouTube” səhifəsində yerləşdirilib.
Poroşenko studiyaya Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Danil Getmansevlə gəlib.
Eks-prezident aparıcını “gənc qız” adlandırıb və ona bu qalmaqalda iştirak etməməyi tövsiyə edib.
Daha sonra yayımı tərk edib və etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, Poroşenko 2014-2019-cu illərdə Ukrayna prezidenti olub. O, indiki Radada Avropa Həmrəyliyi fraksiyasına rəhbərlik edir.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: