Azərbaycanla Türkiyə 40 milyonluq memorandum imzaladı - FOTO

Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib. Nazir paylaşımda qeyd edib:
“Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzaladıq. İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik”.


Oxunub: 152
Xəbəri paylaş
Paylaş:




















