Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Media haqqında” yeni qanun layihəsi parlamentə daxil olub
  • Azərbaycanda iki qanun qüvvədən düşəcək
  • Media reyestrinə daxil edilmiş jurnalistlərə VƏSİQƏ VERİLƏCƏK
  • “Media haqqında” yeni qanun layihəsi yekunlaşmaq üzrədir"- Əhməd İsmayılov
  • “Media haqqında” yeni qanun layihəsinin əhatə dairəsi müəyyənləşdirilir
  • Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası iddialara cavab verib

    • Tarix: 17-12-2021, 09:35



    “Media haqqında” qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunub və ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınıb. Hazırda qanun layihəsi ilə bağlı müzakirələrdə media mənsubları ilə yanaşı cəmiyyətin müxtəlif sferalarının təmsilçilərinin də fəal iştirakı “Media haqqında” qanun layihəsinə olan geniş ictimai marağın göstəricisi kimi tərəfimizdən təqdir olunur.
    Bu barədə Report-a Medianın İnkişafı Agentliyindən bildirilib.
    Qeyd edilir ki, qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb.
    Qanun layihəsi nə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil edir, əksinə müvafiq müddəaların tələbləri ilə səsləşir və onların müdafiəsi mexanizmini müəyyən edir.
    Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.
    Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı “vahid jurnalist vəsiqəsi” deyil, sadəcə “jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.
    Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır:
    "Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirmək istərdik ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yəni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilmişdir.
    Sadə prosedur tələblərlə müşayiət olunan jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmamışdır.
    Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir.
    “Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir...” kimi fikirlər isə ümumiyyətlə qəbul edilən deyil və müzakirə yükü daşımır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləmir, çünki həmin fəaliyyət bu qanun layihəsinin predmeti deyil. Müvafiq layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasını hədəfləmişdir.
    Qanun layihəsi jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, o cümlədən xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır və belə bir yanaşma müzakirə obyekti ola bilməz.
    Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilmişdir. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunmuş, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultmuş və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmamışdır.
    Qanun layihəsində “Hərbi vəziyyət haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına istinad edilmiş, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənmişdir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fonunda göstərilən normaların məqsədəuyğunluğu qiymətləndirilə bilər. Belə ki hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlmişdir.
    Qanun layihəsinə dair bəzi mülahizələrdə faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliliyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılmaqla təqdim olunmuşdur. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yəni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.
    Göründüyü kimi çoxsaylı müzakirələrin predmetinə çevrilsə də, əslində Qanun layihəsinin qeyd olunan normaları tamamilə Konvensiyanın tələblərinə cavab verir və onun mahiyyəti ilə uyğunluq təşkil edir.
    Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və “blogger”lərin fəaliyyəti ilə bağlıdır. Müzakirə olunanların əksinə Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətinə şamil edilməmişdir.
    “Platforma yayımçısı” anlayışı ilə bağlı irəli sürülən fikirlər isə tam olaraq yalnış yanaşmanın nəticəsidir. Belə ki, “platforma yayımçısı” ilə hazırda istifadə olunan “internet televiziya” anlayışı eyni deyildir və birinci daha geniş məfhumdur. “Platforma yayımçısı” dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla, digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımçı nəzərdə tutulur. Yalnız platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.
    “Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bununla bağlı dəfələrlə aidiyyəti orqan tərəfindən açıqlamalar verilməsinə baxmayaraq, hələ də subyektiv mülahizələr ifadə edilməkdədir. Qeyd olunan məsələyə hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.
    Müraciətdə qeyd olunan digər məqam isə audiovizual media üzrə tənzimləyici orqan funksiyalarını yerinə yetirəcək Audiovizual Şura ilə bağlıdır. Hazırda televiziya və radio yayımı üzrə tənzimləyici orqan Milli Televiziya və Radio Şurasıdır. Qanun layihəsində Audiovizual Şura ilə bağlı müddəalar hazırda mövcud olan qanunvericilikdə Milli Televiziya və Radio Şurası ilə bağlı hissələrlə (Şuranın formalaşdırılması, maliyyələşməsi, əsas vəzifələri və s.) uyğunlaşır. Hətta bir sıra müddəalarda Audiovizual Şuranın səlahiyyət imkanları məhdudlaşdırmışdır. Belə ki, Şura üzvlərinin sayı 9-dan 7-ə endirilmiş, eyni Şura üzvünün 2 dəfədən çox təyin olunmaq imkanı istisna olunmuş, səlahiyyət müddəti 6 ildən 5 ilə qədər azaldılmışdır.
    Bundan əlavə, hazırda Milli Televiziya və Radio Şurasının yayımın dayandırılması üzrə az qala qeyri-məhdud səlahiyyətlərinin konkret pozuntular üzrə differensiallaşdırılmış yayım dayandırılması səlahiyyətləri ilə əvəzləşdirilməsi mütərəqqi yanaşma baxımından olduqca əhəmiyyətlidir.
    Şuranın dövlət büdcəsindən maliyyələşməsinin onun fəaliyyətinin müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı iddialar gəlincə, qeyd olunmalıdır ki, bir çox Avropa ölkələrində tənzimləyici qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi mövcuddur.
    İfadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil. Lakin buna baxmayaraq belə yanaşmanı və bu sahədə görülən işləri dövlətin mediaya müdaxiləsi kimi qiymətləndirmək heç bir reallığı əks etdirmir.
    Qanun layihəsi hələ Milli Məclisə təqdim edilənədək onlarla media subyektində onun təqdimatı olunmuş və yüzlərlə jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən qurulan effektiv kommunikasiyaya baxmayaraq Qanun layihəsi ətrafında hələ də həqiqəti əks etdirməyən fikirlərin səslənməsi təəssüf hissi doğurur. Bu kimi halların qarşısının alınması məqsədilə media nümayəndələri, ekspertləri və ictimai fəallardan fikir və rəylərini bildirərkən Qanun layihəsinin kontekstindən kənara çıxmamaları və layihənin məzmunu ilə yaxından tanış olmaları tövsiyə olunur.
    “Media haqqında” Qanun layihəsi ilə bağlı yaranan hər hansı sual və ya narahatlıqlara açıqlama və izahat verməyə hər zaman hazır olduğumuzu bildirmək istərdik".

    Oxunub: 116
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.