Bayden: "O artıq ölkədədir, ilin əvvəlində daha sürətlə yayılacaq"
“Koronavirusun Omikron ştamı tezliklə ABŞ-da əhəmiyyətli dərəcədə sürətlə yayılacaq”.
Bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evin pandemiya ilə mübarizə komandasının mütəxəssisləri ilə görüşündə deyib.
Hazırda ABŞ-da koronavirusa yoluxanların əksəriyyətinə Delta ştamı diaqnozu qoyulduğunu bildirən ABŞ lideri əlavə edib ki, Omicron artıq ölkədədir və ilin əvvəlində daha sürətlə yayılmağa başlayacaq.
Qeyd edək ki, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi qeyd edib ki, Omicro bir neçə həftə ərzində ölkədə koronavirusun dominant variantına çevrilə bilər.
Məlumat üçün bildirək ki, ABŞ-da Cons Hopkins Universitetinin məlumatına görə, yoluxanların sayı artıq 50,4 milyona çatıb, 802,9 min nəfər ölüb.
Son dörd həftədə ölkədə 2,9 milyondan çox insan yoluxub, 34 mindən çox ölüm hadisəsi qeydə alınıb.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: