Ermənilərə zərbə:
BMT Rusiyanın neonasizmlə mübarizə layihəsini qəbul etdi
BMT Baş Assambleyası Rusiyanın təqdim etdiyi nasizm və irqçiliyin qəhrəmanlaşdırılmasını pisləyən layihəni böyük səs çoxluğu ilə qəbul edib.
Bu barədə Rusiyanın BMT yanındakı nümayəndəliyi məlumat yayıb.
Qətnamə “Nasizmin tərənnümü, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə şərait yaradan digər təcrübələrlə mübarizə” adlanır. 130 dövlət qətnaməni dəstəkləyib, 49 dövlət isə bitərəf qalıb. Yalnız iki dövlət – Ukrayna və ABŞ qətnamənin əleyhinə səs verib.
Qeyd edək ki, müasir dövrdə nasizmin qəhrəmanlaşdırılmasına ən çox Ermənistanda rast gəlinir. Ermənilər qatı nasist, terrorçu, faşistlərə xidmət etmiş Qaregin Njde və digərlərini özlərinin milli qəhrəmanı hesab edirlər./axar.az