Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi
Baş prokuror iki rayona yeni prokurorlar təyin edib.
Baş Prokurorluqdan verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.
Oxunub: 733
Xəbəri paylaş
Paylaş: