Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "RAYON TƏHSİL ŞÖBƏLƏRİ LƏĞV EDİLMƏYİB"- Nazir onların necə fəaliyyət göstərəcəyini açıqladı
  • TƏHSİL NAZİRLİYİNİN YENİ REGİONAL İDARƏLƏRİ YARADILDI - Rayon təhsil şöbələri ləğv olundu /SƏRƏNCAM
  • Təhsil Nazirliyindən vaksin olunmayan müəllimlərə QADAĞA
  • Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
  • Təhsil Nazirliyi I sinfə şagird qəbulunun vaxtını açıqlayıb
  • GƏNCƏ: BATAQLIĞA SÜRÜKLƏNMİŞ TƏHSİL SİSTEMİ - “Təhsilin mafiya babası” deyilən Qədiməliyev və himayədarları...

    • Tarix: 18-12-2021, 18:33

    Gəncə Şəhər Təhsil İdarəsi

    Məlum olduğu kimi, bir neçə il öncə, yəni 2016-cı ildən təhsil, mədəniyyət, o cümlədən bir neçə nazirlikdə struktur dəyişikləri aparıldı  və regional idarələr yarandı. Məsələn, 2017-ci ildə mədəniyyət nazirliyi tərəfindən regional mədəniyyət idarələri  yarandı.
    Təhsil nazirliyi tərəfindən isə regionallaşma 2016-cı ildə başlasa da, proses bu günə qədər tam başa çatmamış qaldı.
    Belə ki, 2016-cı ildə regionlarda hesablaşma mərkəzləri, tam olaraq Ərazi Maliyyə Hesablaşma Mərkəzləri yaransa da, təhsil idarələri bu günə qədər fəaliyyətlərinə ayrıca, yəni maliyyə cəhətdən Regional Ərazi Hesablaşma Mərkəzlərinə tabe olsalar da, təhsilə aid təlimatları birbaşa təhsil nazirliyindən alaraq fəaliyyət göstərməkdədirlər.

    Özü özünü “rəis” elan edən rəis

    Hazırda əldə etdiyimiz məlumata görə artıq 2022-ci ilin yanvar ayından təhsil nazirliyi tərəfindən  Regional Təhsil idarələri yaranması ilə bağlı yerlərdə struktur dəyişikliyi başlayacaq. Tam olaraq regional təhsil və hesablaşma mərkəzləri birləşərək  yeganə quruma -“Regional Təhsil İdarəsi”nə çevrilərək fəaliyyət göstərəcək.
     
     İlginc olan budur ki, bu günə qədər rəsmi olaraq regional təhsil idarələri hələ yaranmasa da, yəni ölkə başçısı, Prezident İlham Əliyev  bu idarələrlin yaranması ilə  bağlı hələ ki, hər hansı  sərəncam imzalamadığı halda, Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib təhsil idarəsinin rəisi vəzifəsində çalışan Anar Qədiməliyev... artıq özünü Regional Təhsil idarəsinin rəisi elan edib. Bəli, bu gün onu bu qeyri-rəsmi özfəaliyyətinə görə regionda onu hətta “təhsilin mafiya babası” adlandıranlar da var.

    Demək olar ki, artıq regionda özünü Təhsil naziri Emin Əmrullayevin və Orxan Abbasovun yaxın dostu kimi tanıdan Anar Qədiməliyev, nətiçə etibarı ilə həqiqətən də bunu bir çox əməlləri ilə təsdiqləyib.
    Necə? Bu günTəhsil sahəsində  Anar Qədiməliyevin kiminlə intriqası varsa, onu birbaşa şəxsən təhsil naziri Emin Əmrullayevin adı və ya əli ilə, yəni imzası ilə işdən azad et(dir)ir, kimi istəsə əksinə, vəzifəyə təyin et(dir)məyi bacarır. Onun bu “özfəaliyyəti” və “şəxsi maraq” effekti yaradan iş prinsipi hətta Samux təhsil şöbəsində də öz əksini tapır. 

    İşin, yəni loru dillə desək, “yerə su salmanın”- ştat vahidi yaratmağın yolu isə çox asan və sadədir: məşhur təmsildəki kimi “suyu niyə bulandırdın” bəhanəsi ilə hər hansı işçi ilə bağlı nazirliyə istədiyi intonasiyada “şanlı” məktub, daha sonra isə ən azı töhmət və sonra da... auksiona çıxarılan təptəzə köhnə - yeni iş yeri və s. və i.

    Bir sözlə, özünün təbiri ilə desək, təyinat aldığı gündən təhsildə  dolanışıq axtaran Anar Qədiməliyev təhsil məsələlərinə “baxır” və görünür dolanışığın da kələfinin ucunu tapıb. Nə qədər absurd olsa da demək zorundayıq: Təbii ki, bu elə belə də olmalıydı. Nədəni də bu ki... 

    Bu gün hələlik Gəncə və Samux təhsil idarələrini necə deyərlər, ələkdən keçirən kənd təsərrüfatı mütəxəssisinin təhsildə illərin gərəkən təcrübəsinin olmamasını və bundan dolayı səriştəsizliyini ört-basdır və himayə edənin özünün də kənd təsərrüfatı üzrə mütəxəssis olduğu deyilən... Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil şöbəsinin müdir əvəzi Orxan Abbasovdur.
    O Orxan Abbasov ki, onun “yardım əli” ilə Anar Qədiməliyev şəxsi maraq ucbatından “su bulandırmaq” bəhanəsi ilə çoxlarının ştatına qələm çəkib, əmək fəaliyyətinə xitam ver(dir)ib.
    Şəkildə nazir Emin Əmrullayev, Anar Qədiməliyev (solda) və nazirliyin əməkdaşı Orxan Abbasov 

    Bu gün nazirlikdən Anar Qədiməliyevin qanunsuz əməllərini ört -basdır edəcək olan güclü əlin varlığı regionda açıq-aydın sezilir. Təhsil idarəsində artıq özünə müvafiq qruplaşma yaradıb onunla çalışan Qədiməliyevin zamanında baş verən insidentlər saysız olsa da, bu gün təhsil nazirinin iradları, qanunamüvafiq addımları horizontda belə görünmür.
    Bu isə təhsil işçilərinin haqlı narazılığına səbəb olur. Ona görədir ki, regionun təhsil işçilərinin işə (əsasən də “ov”un direktorlar üçün təşkili) davamiyyəti təlim-tədris, tərbiyə baxımından deyil, biyara dəvətini xatırladır.

    Yeri gəlmişkən, bu günlərdə təhsil sahəsindəki söz-söhbət ölkədə  o qədər şişib ki, hətta Milli Məclisdə belə reaksiya doğurub. Millət vəkili Etibar Əliyevin  iradları heç də əsassız deyil. Çünki Anar Qədiməliyevin təyinatından sonra Gəncəbasar təhsil sahəsində ardı-arası kəsilməyən narazılıqlar baş qaldırıb, təhsil işçiləri arasında narazılıqlar böyüyüb.
    Hansısa çömçə regionu dayanmadan qarışdırır. Artıq şüurlarda, dillərdə  Soros çömçəsinin də sözü gedir. Müəllif olaraq nəzərinizə çatdrmağı, o cümlədən  xatırlatmağı  özümə borc bilirəm ki, hər məktəbin kollektivində 50-100, daha artıq müəllim heyəti fəaliyyət göstərir və hər müəllim də bir ailənin təmsilçisidir. Bir məktəbdə baş verən problemi, haqlı narazılığı  müəllim ailəyə daşıyıb aparırsa nə baş verir?

    Yaranmış problemi bu və ya digər nöqteyi-nəzərdən analız edərkən daha qaranlıq dəhlizlərə girilir. Məsələn, bu gün bizim təhsil sahəsində peşəkarlarımız hara yox oldu ki, pedaqogika, psixologiyadan tədris almayanlar təhsil sahəsinə ayaq açdı?

    Bəli, işin kökündə duran ilk şərt məhz odur ki, nəinki təhsil naziri, eləcə də nazirin əksəriyyəti  “çörəyi çörəkçiyə” deyil, yaxın ətrafına, o ətraf da öz ətrafına verir. Qeyri peşəkar “çörəkçi”nin də... məlum, hamı bilir ki kündəsi “küt” gedir.

    Yəni hər təyinat alan nazir, hər gələn rəhbər işçi “öz adamlarımla işləmək istəyirəm” prinsipini ortaya atır. Özü ilə gələndə bir sürü “kadr” gətirir. Peşəkarlar qalır qıraqda boynu bükük, naşı yaxın çevrə də təhsilimizi (eləcə də digər nazirlikdəkilər) indiki pis halına salır. Soruşmaq ayıb olmasın, sizin yanınızdakı yaxınlarınızsa, bəs onda yerdə qalanlar kimdi? Belə çıxır ki,  kimsəsizlər?..
    Yanılırsınız, yerdə qalanlar adi, sıravi vətəndaşlar olsa da, onların güvən yeri bir kəlməsi ilə sizlərə, necə deyərlər, “sarısını udduran” Prezidentdir.
    Görünür, hələlik bu gün “məmur” səlahiyyəti, sözü regionda daha keçərlidir ki, Gəncə, Samux təhsil sferasında yaşanan qalmaqallardan edilən şikayətlərə nazirlik tərəfindən, eləcə də digər səlahiyyətli qurumlardan münasibət bildirilmir. Amma yenə də ümid edək ki, təhsil nazirliyi öz problemini özü çözəcək...

    İndi isə Təhsil nazirinin və ictimaiyyətin diqqətini Gəncə, eləcə də Anar Qədiməliyevin qurub-quraşdırdığı regional idarənin hələlik bir üzvü olan Samux rayonunda məktəblərin hansı problemlərlə üzləşməsinə yönəldək.

    Təhsil naziri Emin Əmrullayevin menyusuna

    A.Qədiməliyev Gəncə təhsil idarəsinə təyin olandan bəri bir neçə məktəbə direktor təyinatı olub. Məsələn, öncə 11 saylı tam orta məktəbin direktor əvəzi olan Məmmədova Ülfət Məmməd qızı direktorluq imtahanından 41 balla keçməsinə baxmayaraq, həmin məktəbə uşaq sayının az olmasına görə bağlanan 46 saylı tam orta  məktəbin direktoru İsmayılova Saidə Rəşid qızı təyin olundu.
    Yeri gəlmişkən nəzərinizə çatdırım ki, Ülfət Məmmədova hələ imtahan verənə qədər artıq bir neçə il olardı ki, müvəqqəti əmrlə elə 11 saylı tam orta məktəbin direktoru vəzifəsini içra edirdi. 

    Haşiyə: Bu   günlərdə mətbuatdan uzun müddət təhsildə bilik və səriştəsi  ilə seçilən kadrlardan olan sabiq təhsil naziri Misir Mərdanovun məktəb direktorları ilə bağlı fikrini oxudum. Bir pedaqoq olaraq Misir müəllim demişkən, nəyə görə məktəb direktorları elə həmin məktəbin kollektivindən olmasın?
    Direktorluğa namizəd elə məktəbin öz kollektivindən seçilməsi daha yaxşı olmazmı?  
    Daha bir nüans, direktorluğa imtahan keçirildikdən sonra ikinci tur, yəni namizədləri üstəlik müsabiqədən keçirmək əlavə bir iş deyilmi? Bəs müsabiqənin imtahandan sonra bir də keçirilməsinin arxasında hansı mətləb, məram durur?

    Görünür, test üsulu ilə keçirilən direktorluq imtahanının aparılması üçün  tərtib olunan suallar direktor təyinatı üçün  yetirincə əhatəli tərtib olunmur. Yox, əgər test imtahanları şəffaf mühitdə keçirilirsə (əldə etdiyimiz məlumata görə həqiqətəndə elə olur),  bəs təkrar namizədləri  müsabiqəyə dəvət etməyin arxasında nə məqsəd durur?
    Yəni belə çıxır ki, direktorluq kürsüsünə sahib olmaq üçün test imtahanından keçən hər bir direktor olacaq namizədlə şəxsi tanışlıq vacıb  sayılır. Bu, nazirliyin daxili iş prinsipidir, nəyə görəsini isə təbii ki nazir daha dəqiq bilər.
    Bu gün isə gördüyümüz, eşitdiyimiz odur ki, Gəncə məktəblərindəki boş olan direktorluğa təyin olunan kürsülərdə test imtahanından müvəffəqiyyət alanlar deyil, müsabiqədən “keçə bilənlər”oturub. Yəni yuxarı bal toplayanlar qalıb kənarda, aşağı bal toplayanlar təyinat alıb. Görünür, Təhsil nazirlyində Gəncənin ümumtəhsil məktəblərinə direktor təyinatı üçün tutulan siyahını tərsinə tutub oxuyublar.

    Bu təyinatın ilgincliyini incələmək üçün qayıdaq 46 saylı tam orta məktəbinin direktor təyinatına... Məsələ ondan ibarətdir ki, hələ illər öncə Saidə İsmayılova 46 saylı tam orta məktəbdə direktor olduqdan sonra burada baş verən dartışmaların daha da böyüməsindən Gəncədə az adam məlumatsız olardı.
    Vaxtaşırı valideynlərlə, müəllim kollektivində baş verən qalmaqalın sonucu olaraq məktəbdə şagirdlərin sayı 330-dan 135 nəfərə qədər azalsa da, direktora bununla bağlı yalnız şifahi iradlar tutulardı, ona rəsmi irad tutulması mümkünsüz olurdu, yəqin bunun da bir səbəbi vardı, o da direktorun maddi durumu. 

    Burada baş verən çəkişmədən, məktəbin kollektivi ilə, o cümlədən valideynlərlə rəftarında daim münaqişə yaradanın məhz direktor olmasını nəinki təhsil idarəsində, eləcə də Gəncəbasarda bilməyən az adam tapılardı.
    Bəs necə oldu ki, 41 balı olan direktor Ülfət Məmmədova kollektivlə yola getməyən, şagird və valideyn kontingentinin nəinki rəğbətini qazana bilməyən, əksinə, onlarla heç cür dil tapa bilməyən, ümumiyyətlə isə pedaqoji prosesdə dəfələrlə xətalara yol verən Saidə İsmayılova kimi bir kadrla əvəz olundu? Hansı səbəbdən? 
    Bu təyinatda həlledici amillərin gözardı edilməsi korrupsiya koridorunun qaranlıq keçidindən xəbər vermiş olmasın?

    Əgər yanılırıqsa, onda əziz oxucu və təhsil ekspertlərinə üz tutaraq soruşuruq: sizcə belə bir yerdəyişmənin kökündə nə durur? Və ya 41 bal toplamış direktoru işlədiyi məktəbdə daim problem yaradan direktorla əvəzləmək hansı kriteriyalarla ola bilər? Bizə və həm də sizə elə gəlmirmi ki, artıq bu sualın cavabı Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Təhsil nazirliyində ona yaxın olan havadarı Ümumi və Məktəbəqədər Təhsil şöbəsinin müdir əvəzi  Orxan Abbasovdadır...
            
    Digər bir fakta diqqət yetirək: Gəncə şəhəri üzrə məktəblərdə direktorluq kürsüsü uğrunda  keçirilən müsabiqə balı 24-dən başladığından, aşağı bal toplayan namizədlər ikinci tura, yəni məlum müsabiqəyə  buraxılmır.
    Çifayda. Əlahəzrət fakta görə müsabiqədə iştirak etmək hüququna malik olmasa da, müsabiqədən sonra Mehriban Muradova 20 saylı tam orta məktəbə direktor təyin olunub.
    20 saylı  tam  orta məktəbə yeni direktor təyin olunan  Mehriban Muradovanın direktorluğa verdiyi imtahandan topladığı keçid balı... 23-dür. Təəccübləndinizmi? Sizcə Əlahəzrət Faktı-daha doğrusu, QANUNU tapdalayıb üstündən keçməyə adamı nə sövq edə bilər? Düz fikirləşirsiniz: arxalı, dayaqlı olmaq və... əlbəttə ki, istənilən qədər pulu olmaq.

    Daha bir fakt. Əldə etdiyimiz məlumatda deyilir ki, müəllimlər MİQ-dən topladığı uyğun bala əsasən ərazi üzrə yerləşdirilsə də, bu il əksər imtahan verənlərin bəzilərinə MİQ-dən kənar “yaşıl işıq” yandırılıb.  Kimlərəsə bu “yaşıl işığı” kim və nə üçün və ya nə müqabilində yandırır?.. Güman edirik ki, sualların cavabı hamıya aydındır.

    Bəs Gəncə Şəhərinin Təhsil Şöbəsinin proteksiya səbəbilə ambisiyalı müdirinə belə səlahiyyətləri kim havalə edib?

    Həəəə, bunun üçün biz bir az əvvələ, yəni Anar Qədiməliyevin daha öncə çalışdığı dövrə qayıtmalıyıq. Mental məsələdir, təbii ki hər yerdə olduğu kimi, Təhsil nazirliyində də “qruplaşma” var. Təhsil naziri Emin Əmrullayev 2020-ci ildə Təhsil İnstitunun direktoru işləyərkən artıq Anar Qədiməliyev və Orxan Abbasovla yaxından tanış olmuşlar. 

    Diqqətinizə çatdıraq ki, Orxan Abbasovun da Anar Qədiməliyev kimi AKTA-da ( indiki ADAU) kənd təsərrüfatı üzrə mühasibat uçotu və audit ixtisası üzrə  ali təhsil aldığı bildirilir. Sual olunur: Əcəba, təhsil sahəsində, yəni orta məktəblərdə kənd təsərrüfatı mütəxəssislərinin nə işi var? Yəni orta məktəb təhsili üzrə hər il alı məktəblərdən mütəxəssis kimi məzun olan minlərlə müəllim, yaxud illərini təhsil sahəsində qoyan təcrübəli kadrlarımız tükəndimi?
    Sözegedən şəxslərin məlum kombinasiyasından belə çıxmırmı ki, hər cür məntiqin əksinə olsa da bu gün təhsil sahəsində kadr çatışmazlığı var? Bəlkə ondan yana  məcburən kənd təsərrüfatının kadrlarına müraciət etməli oluruq? Bəs ölkədə fəaliyyət göstərən, təhsil mütəxəssisi istehsal edən universitetlər və onun  məzunları hara getdi?..

    Təəssüf hissi ilə olsa da bizə bircə onu demək qalır ki, “atın qabağına ət, itin qabağına ot” siyasətinin arxasında duranlar, o siyasəti yeridənlər bu gün hələ ki, təhsilin onurğasını sındırmaqla məşğuldurlar...

    “Təhsili olmayan millətin gələcəyi yoxdur”
    Heydər Əliyev

    Ulu öndərin təhsillə bağlı dediyi qızıl kəlamlar niyə və nədən unuduldu? Neçə oldu ki, tarixə qızıl hərflərlə yazılan bu kəlamlar digərləri ilə əvəz olunaraq bizim gələcəyimizi təhlükə altına atır. Bir düşünün, hər gün işə gələn müəllim ayağını məktəbin kəndarına atar-atmaz ancaq qalmaqalla rastlaşır, haqsız iradlar, pul yığımları və s.
    Bu sistemdə hansı nailiyyətdən bəhs etmək olar? Üzümüzü ictimaiyyətə tutaraq soruşuruq, bu gün nədən bu vəziyyət gələçəyimiz dediyimiz gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəllimin başına gəlir?
    Sizcə gərginliklə üzləşən müəllimin tədrisə davamı necə olar? Müəllim bu gün özünü məktəbə nəyə görə  gələcəyimiz olan nəslin təlim tərbiyəsi üçün deyil, biyara gəlmiş kimi hiss etməlidir?

    Bu, daha uzun bir açıqlaması olan problemdi, mövzudan uzaqlaşmadan qayıdaq Gəncəbasara.
    Azərbaycan təhsilinin bugünkü vəziyyətini arayıb-araşdırmaq üçün  (təbii ki söhbət hal-hazırda orta ümumtəhsil məktəblərindən, model olaraq Gəncəbasardakı çəkişmələrdən, əsasən Gəncə və Samux təhsil idarələrində baş verən özbaşınalıqdan gedir) Qərb regionuna üz tutaq.

    Artıq özünü regionun təhsil rəisi elan edən Anar Qədiməliyev bu gün ilk öncə Orxan Abbasova, daha sonra təhsil naziri Emin Əmrullayevə güvənir, nəticə etibarı ilə güvəndə olması da göz qabağındadır.
    Əks-təqdirdə bu gün Gəncə və Samux təhsil idarələrindən  əldə olunan faktlardan aydın olur ki, tək Gəncənin təhsil idarəsini deyil, həm də Samux təhsil şöbəsini idarə edən və ya daha dəqiq desək, Samux təhsil şöbəsinin müdir əvəzi olan Nurlana Həsənovanın məsləhət yeri  olan və regionda “təhsilin mafiya babası” hesab olunan Anar Qədiməliyev paytaxtdakı himayədarlarının sayəsində bu gün təhsildə at oynada bilməzdi. Təbii ki, Anar Qədiməliyevin bir müddət öncə Orxan Abbasov və Emin Əmrullayevlə birgə çalışması, iş yoldaşı olması baxımından.

    Düşünə bilirsinizmi, bu gün təhsildən səriştəli kadrlar uzaqlaşdırılır, təhsil sahəsindən xəbərsiz, ali təhsil alarkən pedaqoqika, psixologiya fənnlərindən tədris almayan kənd təsərrüfatı və ya digər mütəxəssislərlə əvəz edilir. Bu gün xalqı gələcəkdə təmsil edəcək , əvəzləyəcək nəsli nə gözləyir? Bu gün kadr islahatında bu siyasəti yürüdənlərin fikri cəmiyyət üçün hələ də müəmma olaraq qalır.

    Yeri gəlmişkən, bu yaxınlarda mətbuatda diqqətçəkən bir yazıda Anar Qədiməliyevin Soros təşkilatının əli ilə təhsil alması, Sorosun Gəncədə fəaliyyət göstərən təşkilatı ilə bağlılığı vurğulanırdı.
    Soros haqqında kifayət qədər olmasa da bəzi məlumatları incələsək, Sorosun bir çox ölkələrdə “siyasi fəaliyyət” göstərməsi və siyasi maraq güddüyü çoxlarına bəlli olduğundan konkret qənaətinə gələ bilərik. O ölkələrdə ki, Sorosun adı var, orada siyasi marağın və qalmaqalın olması aksioma kimi qəbul edilir.

    Bir məqama diqqət yetirək. Soros təşkilatları, eləcə də Fətullah Gülən Azərbaycana xeyriyəçi çətiri altında gəldilər. Gənc nəsil üçün xüsusi tədris kursları açdılar və sonu da məlum.
    Soros bir çox ölkələrdə  öz filantrop ideyalarını öz vəsaiti ilə reallaşdırır. Sadə bir sual: inkişaf etməkdə olan ölkələrə öz vəsaitinin xərclənməsi missiyası onun alicənablığıdır, ya misssiyanın arxasında məkr var? Əlbəttə məkr. Məhz belə olduğu üçün onun yardımından yararlanan daha fərqli, daha qabiliyyətli, daha mükəmməl şagirdlərin əksəriyyəti sonucda ölkədən kənara getdi. Bununla  ölkənin gələcək kadr potensialı azaldı. Bu, təbii ki, bir ayrı mövzudur...

    ...İndi isə qayıdaq A. Qədiməliyevin özünəməxsus qurub-quraşdırdığı regional idarəyə, bu quraşdırmada  məktəblərin üzləşdiyi problemlər və onların  çözüm yollarına.

    Bu gün regionda, əsasən də Gəncə və Samux təhsil müəssisələrində bir gərginlik, çaxnaşma nəzərə çarpır. Elə təəssürat yaranır ki, “artıq yuxarılar idarəetməni itirib, aşağılar isə belə gərginlik rejimində işə davam edə bilmir”. Gəncə və Samux təhsil idarə müdirlərinin işindəki “innovasiyalar”, əsas iş prinsipi isə yalnız ondan ibarətdir ki, “görək harda boş yer var, ora kimi otuzdura bilərik”.

    Müəllimlərin işə qəbulu MİQ-dən keçdiyindən göz əsasən dikilib məktəb direktorluğu vəzifəsinə. Bu, əlbəttə samballı iş sayılır. Daha sonra təhsil idarəsi müdiri üçün direktor müavini, sonra laborant, daha sonra kitabxanaçı, lap bəd ayaqda fəhlə ştatı da işə və cibə yarayır. Müddətli müqavilələr də var.
    Üstəlik də nazirlikdə arxa-dayaq olandan sonra kim nəkarədir sənə nə deyə? Və proses beləcə davam edir, ta ki, qarşısına özünə güvənən direktor  və ya məmur çıxana qədər.
    Çəkişmə, qara-qışqırıq-falan, sonda sözə baxmayana şər-böhtan xarakterli yoxlamalar, pandemeya davam etdiyi bir dövrdə əlalxüsus davamiyyət yoxlamaları, məcburi dərsə davamiyyət hədələri və sonda bir neçə müəllimin və ya şagirdin sağlamığında şübhə doğuran məqamı nəzərəalmadan tədrisə davam və lap sonda məktəbin karantinə qapanmasına gətirib çıxaran məqamlar.
    Bu gərginliklərin yaranması və yaradılması regionda və ya təhsil nazirliyində kimi, kimlərisə narahat etmir və ya kimsə problemin yaranmasının kökünü arayıb araşdırmır. Kimin nəyinə gərək?  
    Bunu edənlərin  isə fikrində yalnız bircə şey - yeni iş yeri acılması üçün töhmət və kiminsə işdən azad olması durur. Sözə baxmayan işçinin isə yerli rəhbərin əli ilə nazir səviyyəsində cəzalandırılması və vəzifədən, işdən azad olunması sirr deyil.

    Elə bu gün Gəncə və Samux təhsil müəssisələrində idarəetmə itdiyindən təhsil işçiləri necə, hansı qanunlarla idarə olunduqlarını anlamaqda çətinlik çəkirlər. Yeri gəlmişkən, Təhsil naziri Emin Əmrullayevin nəzərinə çatdırmağı bir daha özümüzə borc bilirik: 
    Cənab nazir, Samuxda şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulan, dövlət sənədi olan sinif jurnallarını məktəblərdə təhsil şöbəsinin müdiri Nurlana Həsənovanın hazırda komendaturada olan qardaşı Ramun Həsənov yoxlayır. O qardaşı ki, şəxsi avtomobili ilə Gəncə şəhər 20 saylı tam orta məktəbin müəlliməsini vurub öldürdüyündən məktəbdə yox, komendaturada olmalıdır. 
    Emin müəllim, ictimaiyyət hələ də  sizin bu məsələyə münasibətinizi gözləyir. Bir də... maraqlıdır, Orxan Abbasov bu məsələ ilə bağlı sizi məlumatlandırıbmı? İnanmırıq. 
    Ona görə ki,  Samux Rayon İcra hakimiyyəti başçısının əmri ilə müvəqqəti olaraq bir illik  Samux təhsil şöbəsinə  müvəqqəti olaraq təyinat alan müdir Nurlana Həsənova ayrı-ayrı məktəblərdə direktorları hədələmək üçün birbaşa Orxan Abbasov və ya Eşqi Bağırova telefon açır.  Biz də məhz buna görə “inanmırıq” dedik.

    Daha bir maraqlı nüans: Artıq uzun illərdir ki, nomenklaturaya görə təhsil idarələrinə müdiri təhsil nazirliyi deyil, yerli icra hakimiyyəti təyin edir. Demək belə çıxır ki, təhsil nazirliyinin səlahiyyəti ancaq sıravi müəllimlərə çatır. Fikirləşə bilirsinizmi, icra hakimiyyətinin əmri ilə təyin olunan təhsil idarəsinin müdirinin özbaşınalıqlarını ilk öncə kim görə bilir və münasibət bildirmir? Təbii ki, şəhər və ya rayon icra başçıları.

    Ümumiyyətlə  yuxarıdakı fikirlərin məntiqi davamı olaraq deyə bilərik ki, hələ indiyə qədər Gəncənin təhsil idarəsində belə xaos yaşanmayıb, əsasən də direktor təyinatı üzrə. Belə də olmalıydı. Çünki, necə deyərlər, dolanışıq dalınca gələn pedaqoji sahədə yetərincə praktikaya malik olmayan (Anar Qədiməliyev Gəncə şəhər təhsil idarəsinə müdir təyin olunana qədər ümumtəhsil sahəsində, yəni orta məktəbdə hər hansı bir vəzifədə çalışmayıb-red)  Anar Qədiməliyevin bu gün regionda  təhsil sahəsində hər hansı bir  kadrı pedaqoji kriteriyalarına görə yox, şəxsi marağına görə seçməsi açıq-aydın sezilir. Bu isə təbii ki, bəri başdan deyə bilərik, təhsilin tənəzzülü deməkdir. 

    Məsələn, onun işə başlar-başlamaz təyin etdiyi direktorlardan biri də uşaqlıq dostu Elnur Qasımovdur. Hazırda 8 saylı tam orta məktəbə  Anar Qədiməliyevin sifarişi ilə təyin olunan Elnur Qasımov bir müddət öncə, yəni bir neçə il əvvəl işində buraxdığı ciddi nöqsanlara, o zaman əsasən də şəhər ictimaiyyətinin və eləcə də sakinlərin  xatirində olan məlum problemlər yaşandığına görə şəhər icra hakimiyyətinin başçına edilən çoxsaylı şikayətlərdən sonra işdən azad olunmuşdu.
    Anar Qədiməliyevin təhsil idarəsinə müdir təyin olunmasından sonra, yəni gələr-qəlməz  ilk işi onu, yəni uşaqlıq dostu olan Elnur Qasımovu  təkrar, yenidən  direktor kürsüsünə oturtması oldu. Çünki... Anar Qədiməliyevin gələndən  dediyi və doğrudan da Gəncəbasarda baş verənlərdən göründüyü kimi, əli təhsil nazirliyində-yuxarıda oturanların ətəyində olmasıdır. Əks halda, bu günə qədər məlumatımız olan qədər təhsildən şikayətlər təhsil nazirliyində  ört-basdır oluna bilərdimi? 

    Daha bir maraqlı məqam: necə ola bilər ki, əyalətdən gələn külli şikayətləri Orxan Abbasov və ya kadrlar məsələrinə cavabdeh olan Eşqi Bağırov təhsil naziri Emin Əmrullayevdən gizlədib ört-basdır eləsin... Ola bilsin...

    Haşiyə: Sizə  və aidiyyatı qurumlara bir nüansı da yazım. Təhsil naziri Emin Əmrullayev mütəmadi olaraq Facebookda vətəndaşlarla onlayn görüşlər keçirən zaman istənilən şəxsin həmin görüşə bağlana bilməsinin qarşısı alınmasa idi, bəlkə də yerlərdəki problemlərdən bu minvalla xəbərdar olardı.
    Əfsuslar olsun ki, onun da qarşısı məharətlə alınır, yəni təhsil naziri ilə istənilən vətandaş canlı bağlantıya qoşula bilmir, qoşulanlar isə nazirlik və yerlərdə təhsil idarələrinin istədikləri vətəndaşlar olur. Bu nüansı şəxsən  yoxlamışam.

    ...Samux Rayon Təhsil şöbəsinə gəlincə, bu barədə bir az əvvəl bəhs etdik, Samux təhsil şöbəsində vəziyyət heç də Gəncədən fərqli deyil. 
    Əldə etdiyimiz digər bir məlumatda deyilir ki, təhsil şöbəsindən rayondakı  məktəb direktorlarına təzyiq edilir və göstərilən təpkinin səbəbi isə bir neçə məktəbdə direktor kürsülərinin boşaldılmasıdır.
    Hələlik bu müstəvidə qızğın mübarizə getsə də, təhsil şöbəsinin bu istiqamətdə apardığı bir neçə variant sınaqdan keçirilsə də, hələlik səylər boşa çıxmaqdadır.
    Hazırda Samux Rayon Təhsil şöbəsində direktorlara qarşı düzənlənən təpkilərin boşa çıxdığını anlayan idarə rəhbərliyi diqqəti orta məktəblərdə çalışan texniki işçilərin üzərinə yönəldib. Səbəb isə.... həmişə olduğu kimi piştaxtaya ştat çıxarmaqdır.
    (ardı var)

    Mehriban Əzizqızı,
    Globall.az
    Bakı -Gəncə

    Oxunub: 4 754
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.