“Rusiya ordusu artıq Ukrayna sərhədinin 48 kilometrliyindədir”- CNN
Rusiya Ukrayna sərhədinə ordu və texnika daşımaqda davam edir.
Bu barədə CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbəyə və peyk çəkilişlərinə (Maxar Technologie şirkəti) istinadla xəbər verir.
KİV-in məlumatına görə, çəkilişlər onu göstərir ki, Rusiyanın hərbi texnikası Ukrayna sərhədindən 30 mil (48 kilometr) məsafədə yerləşib. Bu zaman ordunun və texnikanın daşınması üçün Rusiya o cümlədən kommersiya avia və dəmir yolu şirkətlərinin xidmətindən istifadə edir. Bu zaman telekanal qeyd edir ki, bu qaydadan rusiyalılar bu ilin payızında ötən dəfəki prosesdə istifadə ediblər.
ABŞ kəşfiyyatı xəbər verir ki, Ukrayna sərhədində və onun ətrafında 50 batalyon-taktiki qrup yerləşdirilib və guya bir neçəsi də yoldadır.
Qeyd edək ki, Rusiya və Ukrayna münasibətləri noyabrdan başlayaraq, gərginlik yaşayır (o zaman da KİV-lər ordunun sərhədyanı ərazidə belə hərəkətindən yazırdı).
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: