Bayramov və Abdullahian Azərbaycan-İran münabətlərini müzakirə etdilər
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
Bu barədə İRNA agentliyi xəbər verir.
Qeyd edilir ki, İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: