Pakistanın baş naziri ABŞ-ı Əfqanıstanı dəstəkləməyə çağırıb
İmran Xan
Pakistanın baş naziri İmran Xan ABŞ-ı Əfqanıstan xalqını dəstəkləməyə çağırıb.
Report xəbər verir ki, Pakistanın baş naziri müvafiq müraciəti "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.
“Əfqan xalqı ciddi qida çatışmazlığı və aclıqla üzləşib. Beynəlxalq ictimaiyyət vaxtında yardım göstərməsə, bu ölkə ciddi humanitar böhranla üzləşəcək. Əfqanıstan yenidən beynəlxalq terrorçular üçün “cənnət”ə çevrilməməlidir”, - deyə Xan bildirib.
Xan qeyd edib ki, Əfqanıstandakı hazırkı vəziyyət Pakistan üçün də problemdir, çünki regiondakı xaosdan ən çox zərər çəkən qonşulardır.

Oxunub: 268
Xəbəri paylaş
Paylaş: