Növbəti 10 gündə Əliyev və Paşinyan yenidən görüşə bilər -
Erməni KİV
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş baş tuta bilər.
Bu barədə Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşrin XİN-dəki mənbələrinə görə, ilkin razılığa əsasən, Ermənistan və Azərbaycan liderləri yenidən Rusiyada görüşəcəklər.
Bildirilir ki, bu görüş baş tutsa, ümumi xarakter daşıyacaq. İlkin məlumata görə, yeni iclas geniş tərkibdə keçiriləcək. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri də iştirak edəcək. Baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edənlər arasında olacaq.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan arasında 26 noyabrda Rusiyada, 14 dekabrda da Belçikada görüş baş tutub.