“Azərbaycanla avtomobil yollarını da bərpa edə bilərik”- Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla avtomobil yollarının bərpasının mümkünlüyü barədə danışıb.
Yerli KİV xəbər verir ki, o bu məsələyə Tiflisdə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında toxunub:
“Bildirmək istərdim ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən sonra razılıq əldə etmək mümkün olub. Azərbaycanla avtokommunikasiyanın bərpasına dair danışıqlar gedə bilər”.
N. Paşinyan dəmir yolu xəttinin açılması üçün Azərbaycan Prezidenti ilə prinsipial razılıq əldə olunduğunu da qeyd edib. O, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu xəttinin yaxın 2-3 il ərzində istifadəyə verilə biləcəyini vurğulayıb.

Paşinyan yeni dəmir yolu xəttinin Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcəyini sözlərinə əlavə edib.
Globall.az
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: