Putin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirib
“Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib.
“Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”, V.Putin qeyd edib.
Rusiya Prezidenti sülhməramlılara təşəkkürünü bildirib.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: