"Düşmənçilik həm Çinə, həm də ABŞ-a zərər vurur"-
ÇXR XİN
Çin hakimiyyəti Birləşmiş Ştatlardan çəkinmir, bu zaman qarşılıqlı və bərabərhüquqlu əməkdaşlığa hazırdır.
Bu barədə dekabrın 20-də ÇXR xarici işlər naziri Van İ bəyan edib. Xəbəri TASS yayıb.
«Biz, cəbhələşmədən qorxmuruq, amma həmişə qarşılıqlı fəaliyyətə can atırıq. Əməkdaşlıq hər iki tərəfə sərfəlidir, düşmənçilik isə həm Çinə, həm də ABŞ-a zərər vurur» - o, deyib.
Bəyanat simpoziumda verilib, o, Çin diplomatiyasına həsr olunub. Nazirin sözlərinə görə, ÇXR dialoqa hazırdır, ancaq o, bərabərhüquqlu və qarşılıqlı faydalı olmalıdır.
«Ümid edirəm ki, Amerika tərəf konsensusa uyğun fəaliyyət göstərəcək. Konsensus iki ölkənin liderləri arasında əldə olunub və onlar öz vədlərinə əməl edəcəklər» - Van İ əlavə edib.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: