“Rusiya və Türkiyə ilə razılaşdıq”- İrandan açıqlama

Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Tehranda Astana formatında görüş keçirmək barədə razılığa gəliblər.
Bunu İran xarici işlər nazirinin müşaviri Əli Əsgər Hacı deyib.
“Belə bir görüş planlaşdırılır. Onu gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq”, - diplomat qeyd edib.
Bununla belə, o, yekun qərarın koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olacağını vurğulayıb:
“Amma ümumilikdə görüşün keçirilməsinə razılaşmışıq. Çox güman ki, fevral və ya martda biz bu görüşü keçirə biləcəyik”./teleqraf
Oxunub: 127
Xəbəri paylaş
Paylaş:




















