Putinin illik mətbuat konfransına gələn jurnalistlər gümüşlə dezinfeksiya olunur...

Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransının təşkilatçıları tədbirin bütün qonaqlarının gümüşlə işlənməsi üçün Manejdə dezinfeksiyaedici çərçivələr quraşdırıb.
Bu barədə “Rossiya 24” telekanalının efirində mətbuat katibi, dövlət başçısının işlər üzrə idarəçisinin köməkçisi Yelena Krılova danışıb.
"Bu, mətbuat konfransına daxil olan bütün jurnalistləri xüsusi olaraq gümüşlə işləyəcək belə unikal bir cihazdır",- deyə "RİA Novosti" Krılovadan sitat gətirirb
O, həmçinin bu dezinfeksiyanın təhlükəsiz olduğuna əmin edib.
Bundan əvvəl Putinin mətbuat konfransına 507 media nümayəndəsinin akkreditə olunduğu məlum olub.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: