Putin Krımın niyə Rusiyaya “birləşdiyindən” DANIŞDI

Rusiya prezidenti Vladimir Putin bugünkü mətbuat konfransı zamanı 2014-cü ildə Ukraynada baş verənləri qanlı dövlət çevrilişi adlandırıb.
Putin deyib ki, Ukraynada dövlət çevrilişindən əvvəl Krımın Rusiya ilə birləşəcəyi ağlına belə gəlməzdi.
Putin deyib ki, Ukraynada dövlət çevrilişindən əvvəl Krımın Rusiya ilə birləşəcəyi ağlına belə gəlməzdi.
"Qanlı çevriliş oldu. Aydın məsələdir ki, vətəndaşların haqlı hiddəti var idi. Amma Yanukoviç hər şeylə razılaşdı, Qərb ölkələri təminat verdi, hamı razılaşdı. Bir-iki günə çevriliş oldu. Niyə? Cavab yoxdur… Bundan sonra Krım ayağa qalxdı – Rusiya başqa cür hərəkət edə bilməzdi, Ukraynada, xüsusən də Donbasda baş verənlərə iradəsiz baxmağa razılaşmazdı”, - Putin deyib.
O qeyd edib ki, bu şəraitdə Rusiya Krım əhalisini “öz himayəsinə almaqdan” başqa yol görməyib, çünki Ukrayna hakimiyyəti iki dəfə məsələni güc yolu ilə həll etməyə cəhd edib.
“Bu ərazilərdə yaşayan rusları yerli olmayanlar elan ediblər. Sonra da rusları tarixi ərazidən sıxışdırıb çıxarırlar. Deyirlər ki, Rusiya razılaşmaları yerinə yetirməlidir”, - deyə prezident vurğulayıb.

Putin Kiyevin Donbasa qarşı yeni hərbi əməliyyat hazırladığını istisna etməyib və buna hazırlaşmağın zəruri olduğu fikrini bildirib.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: