“Rusiya İmperiyasını ukraynalılar yaradıb“ - Arestoviçdən Putinə cavab

"Rusiya və SSRİ-ni ukraynalılar icad ediblər”.
Globall.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.
O, “Politeka” YouTube" kanalının efirində bildirib: “Biz (ukraynalılar - red.) bu iki imperiyanın müəllifiyik”.
Oleksiy Arestoviçin sözlərinə görə, Sovet İttifaqında “-enko” soyadlı çoxlu qəhrəmanlar var idi və ən yaxşı illərdə ölkəni “Dnepropetrovsk klanı” idarə edirdi.
Bundan əlavə, Rusiya imperiyasının yaradıcısı Kiyev-Mogilyan Akademiyasının məzunu Feofan Prokopoviç və Zaporojye ordusunun getmanı İvan Mazepa idi.
Xatırladaq ki, dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin bildirib: "Ukraynanı Lenin yaradıb".
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: