Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ermənilərlə görüşdə Azərbaycandan kimlərin iştirak etdiyi məlum oldu - YENİLƏNİB
  • Prezident rektoru vəzifəsindən azad etdi
  • Nazir Kamal Abdullanın oğluna yüksək vəzifə verdi
  • İcra başçısının xanımı yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO
  • İlham Əliyev yeni rektor təyin etdi - SƏRƏNCAM
  • “BU HƏYAT DEYİL AXI...”- Fərhad Bədəlbəyli ermənilərlə görüşdən danışdı

    • Tarix: 26-12-2021, 10:45

    "2008-də onlar deyirdilər: "gəlin dost olaq", "müharibəni yaddan çıxardaq", indi bunu biz deyirik..."


    “Bu həyat deyil axı...” – Fərhad Bədəlbəyli ermənilərlə görüşdən danışdı


    Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.

    BBC News Azərbaycanca Fərhad Bədəlbəyli ilə danışaraq onun bu görüşlə bağlı təəssüratlarını, müzakirə edilən məsələlər və 30 il müharibə şəraitində yaşamış azərbaycanlı-erməni xalqlarının gələcək münasibətləri barədə fikirlərini öyrənib:

    - Müharibə qurtardı, biz torpaqlarımızı qismən olsa da, azad elədik. Hazırda Azərbaycanda, Qarabağda 20-30 min erməni yaşayır. Əlbəttə, əsas məqsədimiz odur ki, bu əhali başa düşsün ki, Azərbaycanla bir yerdə olmaq onlar üçün çox əlverişlidir. Yəni praqmatizm hökm sürməlidir.

    Onlar başa düşürlər ki, ya Azərbaycanın vətəndaşları olmalıdırlar, ya oradan getməlidirlər. Çünki üçüncü yol yoxdu. Daima onlar rus əsgərinin himayəsi altında yaşamayacaqlar ki... Bu həyat da deyil axı. Mən orda bunu demədim, çünki biz humanitar problemi müzakirə edirdik.

    Onlar görüşdə status məsələsini qaldırsaydılar, onda biz bunu deyərdik. Amma bu görüşdə qaldırmadılar. Başa düşdülər ki, bu, siyasi bir problemdir. Biz siyasətçi deyilik, biz ancaq humanitar problemlərdən danışa bilərik.

    Gələcəkdə, hansısa mədəni, humanitar layihələr ola bilər. Ancaq, bax, belə şəkildə... Çünki, əlbəttə, çox gərgin görüş idi. Biz birinci dəfə görüşürdük müharibədən sonra. Deməzdim ki, çox səmimi, azadıydıq, əksinə, gərginlik hiss olunurdu.

    Biz heç Qarabağdan danışmadıq. [Görüşdə] əsas məsələ Azərbaycanda saxlanan erməni əsgərlər haqqında idi, biz isə Azərbaycan torpaqlarında qalmış minlərlə mina problemini qaldırdıq. Bu iki problem üzərində müzakirə apardıq.

    - Bildiyim qədər əvvəllər də hər iki xalqın ziyalıları arasında belə təmaslar olub. Hətta siz də iştirak etmisiniz. İindiki ilə əvvəlki görüşlərin arasında bir fərq var idimi?

    - Yerlə-göy qədər, əlbəttə. O illərdə biz tamam başqa rolda çıxış edirdik. İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalıb bizik. Buna görə əlbəttə söhbətin tonu tamam başqa idi.

    - Söhbətin tonu necə idi?

    - Əgər onlar 12 il əvvəl -görüş 2008-ci ildə olmuşdu,- bir az, necə deyim, çox sərbəst idilər, deyirdilər ki, "gəlin dost olaq", "gəlin müharibəni yaddan çıxardaq".
    İndi isə biz bunu deyirik ki, müharibə qurtardı, gəlin planlaşdıraq ki, gələcəkdə bir-birimizlə normal yaşayaq.
    Lap dost olmasaq da - çünki dostluq məsələsi burada qeyri-mümkündür,100 ildən 200 ildən sonra bəlkə mümkün ola bilər, -normal, sivil, qonşu kimi yaşaya bilərik. Əsas məsələ budur.

    - Bu fikri səsləndirdinizmi və reaksiyalar necə idi?

    - Reaksiya normal idi. Mən gözləyirdim ki, onlar aqressiv olacaqlar, amma elə olmadı. Çox mədəniydilər və yəqin onlar bu obyektiv vəziyyəti başa düşürdülər.

    - Fərhad bəy, dediniz ki, gələcəkdə mədəni layihələr həyata keçirməklə bağlı da müzakirə aparmısınız. Yəni söhbət nədən gedir? İki ölkə hansı mədəni layihələri həyata keçirə bilər?

    - Vaxtilə, on il bundan qabaq Moskva gözəl bir layihə ilə çıxış etdi, Cənubi Qafqazın simfonik orkestri, gənclik simfonik orkestri... Onda gürcülər, ermənilər və azərbaycanlılar həmin orkestrdə çıxış edirdilər. Konsertlər Yerevanda, Bakıda Tiflisdə və Varşavada oldu.

    Yəni belə bir proyektlərə biz həmişə hazırıq. Bu proyekt alındı, amma onu Azərbaycanda birmənalı qarşılamadılar, vəziyyət pis idi. Torpaqların 20 faizi işğal altında idi. Və bəzi adamlar - mən onları başa düşürəm, - öz evlərini itirən insanlar deyirdilər: biz evlərimizi itirdik, torpaqlarımızı itirdik, siz isə gedib bir yerdə konsert verirsiz.
    İzah edirdik ki, bu layihələr gələcək üçündür, deyirdik ki, istər-istəməz illər keçəcək, müharibələr qurtaracaq.
    Bizdə ağır düşmənçilik hissi var, mən bunu hiss edirəm. Amma bəlkə gələcəkdə insanlar daha da yumşaq, multikulturalizm məsələsində daha da rahat olacaqlar.
    Bu, gənclərdən asılıdır. Bizdən o hissiyyat, çətin ki, çıxsın. 30 il ərzində çox çəkmişik.

    - Yəni siz hesab edirsiniz ki, iki xalq arasında normal münasibətlərin qurulması çətin olacaq?

    - Əlbəttə, bu, çox çətin bir prosesdir.

    - Bəs necə hesab edirsiniz, Azərbaycanda erməni əhali var və Azərbaycan onların inteqrasiya olunmasını istəyir...

    - Mənim ümidim bizneslə bağlıdır. Bax, siz deyirsiniz ki, mədəniyyət-filan, bu öz yerində, amma nə vaxtsa Xankəndində işləyən erməni başa düşəcək ki iş məsələsində, qazanc məsələsində xeyri Azərbaycandan gəlir, bax, onda bütün problemlər həll olunacaq.

    Çünki ideologiya düşmənçilikdən başqa heç nə vermir. Amma biznes konkret nəticə verir. Mənim bütün ümidlərim biznes və iqtisadiyyatla bağlıdır. Hansısa erməni kəndlisi başa düşəcək ki, malını Füzulidə satmaq onu Ermənistana aparmaqdan da sərfəlidir...

    Mən iqtisadçı deyiləm, amma əsas məsələ praqmatizmdir. Əgər ermənilərdə bu hissiyyat daha güclü olacaqsa, onlar başa düşəcəklər ki, Azərbaycandan yalnız xeyir gəlir.

    - Gələcək görüşlərdə Qarabağ ermənilərinin də iştirakı mümkündürmü? Çünki Azərbaycanda qalıb yaşamaq və yaşamamaq qərarını Ermənistan ziyalısından, vətəndaşından daha çox onlar verməli deyillərmi?

    - Çətin məsələdir, mən sizinlə razıyam, əlbəttə. Məncə, onların arasında ekstremizm, revanşizm ruhu çox güclüdür. Onların arasında əgər hansısa sülhə bağlı bir insan, praqmatik bir insan başa düşər ki, müharibə onlara heç bir şey vermədi, əksinə, çox şey itirdilər, o insanlarla danışmaq olar.

    - Qarabağın erməni icmasına təsir edəcək o adamları kim axtarıb tapmalıdır: Moskvamı, Azərbaycanmı, yoxsa Ermənistan ictimaiyyətimi?

    - Azərbaycan o siyahını gözəl bilir.

    - Siz dediniz ki, bu görüşdə Azərbaycanda saxlanılan erməni hərbçiləri və işğaldan azad edilən ərazilərin minalanması ilə bağlı məsələni müzakirə etmişiniz. Bu məsələlərdə sizin töhfəniz nə olmalıdır və görüşdə iştirak edən erməni ziyalılarının töhfəsi nə olmalıdır?

    - Biz başa saldıq ki, yavaş-yavaş, 10 nəfər, 5 nəfər - onları buraxırlar. O problem deyil, onların işinə baxırlar. Kimin təqsiri böyükdür, kiminki azdır. Və bu, əlbəttə, vaxt aparacaq. "Gəlin hamını azad edək" deməklə bu, mümkün deyil, çünki neçə ay ərzində vəkillər çıxış edir, prokurorlar çıxış ediblər, bu, zarafat deyil.
    Amma minalarla bağlı biz dedik ki, siz bütün xəritəni vermirsiz, verilənlər də çox vaxt düzgün deyil. Onlar [erməni hərbçiləri] gec-tez Ermənistana qayıdacaqlar, amma bizim adamlarımız, yüzdən çox insan (İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanlar nəzərdə tutulur- red.) onları qaytarmaq mümkün deyil.
    Mən bəlkə bir az sərt dedim. Amma dedim, Gülçöhrə xanım da dedi ki, o insanların həyatını qaytarmaq olmur.

    - Fərhad bəy, bu müzakirələr zamanı səslərin tonu heç ucaldımı?

    - Xeyr, çox mədəni şəkildə... Bilirsiniz, özünü saxlamaq, normal danışmaq çətin idi, tonu qaldırmamaq hərdənbir çox çətin olurdu. Biz emosional millətik, onlar da həmçinin. Deyim ki, onlarda da bunu görmədik, ona görə biz də özümüzü sakit apardıq.

    - Sizin təəssüratınız nədir? Gələcəkdə normal münasibətə bir ümid oyatdımı?

    - Bəlkə deyəcəklər ki, bu görüşlər kimə lazımdır... Məncə, lazımdır. Əvvəla, biz Ermənistanda olan abi-havanı hiss elədik, orda da bəzi qüvvələr var, revanşistlər, daşnaklar var. Orda ayrı-ayrı təbəqələr var və onların vəziyyətini öyrənmək bizim üçün vacibdir.

    Belə görüşlər gələcəkdə olacaq və əlbəttə, biz istəməzdik ki, müharibə yenə başlasın. Biz istərdik, bizim əsas problem budur ki, o cəmiyyət Qarabağ məsələsinin bitdiyini artıq başa düşsün. Artıq inteqrasiya məsələsi olmalıdır. Əsas məsələ budur.

    Oturub fikirləşməlidirlər ki, bu insanları [Qarabağ ermənilərini] bəlaya salıblar, 1988-ci ilə qədər gül kimi yaşayırdılar də. Universitet erməni dilində, teatr erməni dilində, musiqi kollec erməni dilində, dükanların adlarının hamısı erməni dilində idi. Onlar çox yaxşı yaşayırdılar. Bu millətçilər onları yoldan çıxardılar, belə vəziyyətə saldılar. Bunu artıq başa düşməlidirlər.

    - Növbəti görüş nə vaxt olacaq? Müəyyənləşdirdizmi?

    - Kim bilir... Deyə bilmərəm. Konkret bir şey eləmədik, belə fikirləşdik ki, 2022-ci ildə bəlkə yeni adamlar gəlsinlər, yavaş-yavaş bu təmasları bərpa edək.
    Açıq deyək, Azərbaycanda da bunu birmənalı qarşılamayacaqlar. Bunu bilirəm, nəzərə almaq lazımdır, biz çox şəhid vermişik. Şəhid anaları, qazilər... bu belədir ki, birdən-birə deyək ki, biz indi dost olacağıq, bu, qeyri-mümkündür.
    Amma gələcəkdə normal tərəfdaş ola bilərik. Ona görə də düşünürəm ki, gələcəkdə belə görüşlər olacaq.  

    GLOBALL.AZ

    Oxunub: 702
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.