Türkiyənin illik ixracat rəqəmi rekord həddə çatdı...- Ərdoğan açıqladı
"2021-ci ilin sonuna qədər Türkiyənin ÜDM artımı ikirəqəmli rəqəmə çatacaq. Ölkə XXI əsrin yüksələn ulduzudur". Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə 21-ci əsrin yüksələn ulduzudur, düşünülmüş siyasət sayəsində pandemiyanın ilk ilində iqtisadi artımı müsbət olan iki ölkədən birinə çevrilib. Biz bu il ÜDM-in ikirəqəmli artımını nümayiş etdirəcəyik", - ölkə lideri deyib.
Onun sözlərinə görə, 2002-ci ildə Türkiyədə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə Mərkəzi Bankın ehtiyatları cəmi 27,5 milyard dollar, BVF-yə borcu isə 23,5 milyard dollar olub: "Bu gün söhbət Mərkəzi Bankın 120 milyard dollar ehtiyatından və BVF qarşısında borcunun olmamasından gedir. Türkiyənin illik ixracat rəqəmi rekord həddə - 221 milyard dollara çatdı... “Beşinci Kolon” bu yaxınlarda ölkədə çaxnaşma yaratmağa çalışdı, valyuta bazarında görünməmiş manipulyasiya cəhdləri ilə qarşılaşdıq, ancaq cəmi bir saat ərzində bu problemi həll etdik".
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: