Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Çin ABŞ üçün Rusiyadan daha təhlükəlidir
  • Çin növbəti dəfə dünyanı fəlakətə sürükləyir?- Təhlükə gizlədilir, qonşu ölkələr təşviş içindədir
  • Dünyanın ən sülhsevər ölkələri açıqlanıb
  • Marsda yaşamaq artıq xəyal deyil: “Mars kəndi” hazırdır (Fotolar)
  • Rusiya üçün qorxunc proqnoz - Əhali əsrin sonuna qədər 40 milyon azalacaq
  • Sİ TSZİNPİN BÖYÜK ÇİN QURUR...- ÇİÇƏKLƏNƏN TOTALİTARİZM DÖVRÜNDƏ ÖLKƏNİ NƏ GÖZLƏYİR ? /Təhlil

    • Tarix: 26-12-2021, 15:15

    Si Tszinpin böyük Çin qurur... - Çiçəklənən totalitarizm dövründə ölkəni nə gözləyir? - Təhlil

     
    Çin artıq sülhsevər pandanın dərisi altında əjdaha buynuzlarını 
    gizlədə bilmir
     
    Hamının kasıb yaşadığı nəhəng bir kəndi xatırladan və bütün dünyaya saxta fabrik malları satmaqla əhalisini 
    dolandıran Çinin həmin günləri artıq geridə qalıb. 
    Bu gün Çində əsl kiberkonfutsianlıq hökm sürür: yaşlı çinlilər supermarketlərdə “facepay”lə pul ödəyir, 
    nəvələri yerli smartfonlarla sinxronlaşdırılmış Çin elektrik avtomobillərində onlara baş çəkməyə gedirlər 
    və bir milyard əhali arasında koronavirus daşıyıcılarını üzə çıxarmaq üçün xüsusi proqramlardan istifadə 
    olunur. 
    Çin iqtisadiyyatının sürətli inkişafı və dünyaya təsirinin artması həm Avropanı, həm də ABŞ-ı qorxudur, 
    axı dünyanın yaşadığı standartların və qaydaların ÇXR, daha doğrusu, onun artıq növbəti 100 illik proqramı 
    olan Kommunist Partiyası tərəfindən müəyyən edilməyə başlayacağı tarix uzaqda deyil. 
    XXI əsrin aparıcı dövləti hansı parlaq gələcək arzulayır və böyük Çin dövrünün gəlişi ilə dünyanı hansı 
    dəyişikliklər gözləyir?
     
    Mövzu ilə bağlı xarici KİV-də dərc olunan araşdırmanı oxucularına təqdim edirik.
     
    Əsrdən əsrə
     
    “Si Tszinpin Çin tarixini girov saxlayır”, “O, bütün ömrü boyu Çini idarə etmək istəyir”, “Çin lideri özünü Mao Tszedunla 
    eyniləşdirdi” - 2021-ci ilin noyabrında dünya mediası bu kimi başlıqlarla dolu idi. Sanki nəşrlər Çinin yaxınlaşan 
    “tszinpinləşdirilməsini” kimin daha yaxşı təsvir edəcəyini tapmaq üçün yarışa çıxmışdılar.
     
    Mediada ajiotaja noyabrın 8-dən 11-dək Pekində keçirilmiş 19-cu çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
    6-cı plenumu (beş illik siyasi dövr ərzində ÇKP-nın qurultaydan qurultaya mövzusu) səbəb olub. 

    Qeyd edək ki, Çində Mərkəzi Komitənin yeddi plenumu keçirilir, onların hər biri müəyyən bir mövzuya həsr olunur. 
    Bu plenum həqiqətən xüsusidir. 

    Birincisi, o, Çin Kommunist Partiyasının yüzilliyinə təsadüf etdi (ÇKP-nin ilk qurultayı, qeyri-rəsmi də olsa, 1921-ci ildə 
    Şanxayda keçirilmişdi). 

    İkincisi, qurultay zamanı tarixi qətnamə qəbul edildi. Adına baxmayaraq, onun çox hissəsi tarixə deyil, Çinin Si Tszinpin 
    və onun “yeni əsrdə Çin spesifikasına malik sosializm ideyaları”nı yaşadacaq gələcəyə həsr olunub.
     
    Ölkədə tarixi qətnamələr əvvəllər cəmi iki dəfə təsdiqlənib. 1945-ci ildə, hələ ÇXR yaranmazdan əvvəl, böyük rəhbər Mao 
    Tszedunun özü tərəfindən tarixi bir qətnamə qəbul edildi. 
    Bununla o, partiya yaranandan bəri kommunistlərin mübarizəsini yekunlaşdıraraq, irəliyə doğru hərəkətə zərər verən və 
    əngəl törədən, eyni zamanda rəqiblərindən qurtulan və hakimiyyəti öz əllərində cəmləyən əksinqilabçıları tənqid etdi.


    Mao Tszedun
     

    Den Syaopin
     
    1981-ci il qətnaməsi ÇXR tarixində bəlkə də ikinci ən məşhur şəxs - "Çin yenidənqurması"nın memarı Den Syaopin
    tərəfindən təsdiqləndi. 
    Təkcə ölkənin bütün qurumlarını deyil, həm də milyonlarla sadə insanın həyatına son qoyan
    dağıdıcı mədəni inqilabdan sonra çinlilər universitetlərə qayıdır və kommersiya işini mənimsəməyə başlayır. Həmin il
    Sovet İttifaqi Kommunst Partiyasının 20-ci qurultayı ilə müqayisə edilən 11-ci çağırışın 3-cü plenumu keçirildi, ancaq
    şəxsiyyətə pərəstişkarlığa son qoymaq əvəzinə Den Syaopin “60/30” düsturunu təklif etdi. 
    Yəni Maonun etdiklərinin
    60 faizi düzgün, 30 faizi isə lazımsız idi. Bunu qəbul etmək və irəliyə doğru hərəkət etmək vacib idi.
     
    Yeni bir Maonun ortaya çıxmaması, əvəzolunmaz və qeyri-məhdud hakimiyyəti müşayiət edən həddən artıq
    canfəşanlıqların qarşısını almaq üçün Den Syaopin dövründə Çini kollektiv şəkildə idarə etmək qərara alındı. 

    Sədr hər biri beş il olmaqla iki dəfədən artıq vəzifə tuta bilməzdi, artıq ikinci müddətin əvvəlindən onun varisi seçilirdi. 
    Amma görünür, Den Syaopin dövründə qəbul edilmiş kollektiv idarəetmə konsepsiyası indiki rəhbərliyin ürəyincə deyil.
     
    Artıq bir neçə ildir ki, Si "partiyanın nüvəsi" adlandırılır və 2018-ci ildə respublikanın sədri üçün qoyulmuş müddətlərin
    sayı ilə bağlı məhdudiyyət ÇXR konstitusiyasından çıxarıldı.
     
    Üçüncü tarixi qətnamədə tarix azdır, lakin çox maraqlı detallar var. Məsələn, Mao Tszedun və Si Tszinpinin nailiyyətlərini 
    "sıçrayış", lakin Den Syaopin və digər liderlərin siyasətini isə sadəcə "addım" adlandırırdılar. 
    Bundan əlavə, qətnaməyə 
    verilən şərhlərdə Si Tszinpin praktiki olaraq Mao Tszedunla eyniləşdirilir və onu "sükançı" adlandırırlar. Sinin hələ də 
    ölkənin qurucusu ilə bərabər səviyyədə dayanmaması həm də onu göstərir ki, dövlət başçısının “əmtəə nişanı” - 
    “Si Tszinpinin yeni dövrdə Çin spesifikasına malik sosializm ideyaları” hələ də aforistik "Mao Tszedunun İdeyaları"na qədər 
    endirilməyib. 
    Çin formalizminin incəliklərini bilməyənlər üçün "ideyaların" uzunluğu xırda görünə bilər, lakin bu, vacib 
    bir simvolizmdir: nə qədər qısa olsa, bir o qədər vacibdir. Üstəlik, indiyədək yalnız ÇXR tarixində məxsusi “ideyalar” yalnız
     Mao, Den və Siyə aid edilir. 
    Lakin hazırkı liderin sələfləri Tszyan Tszemin və Hu Tszintaoya bunu aid etmirlər, onların 
    ideyaları sadəcə olaraq “üçüncü hakimiyyətin” və “inkişafın elmi konsepsiyası” kimi tanınır.
     
    Partiyanın mərkəzdənqaçma qüvvəsi
     
    40 il əvvəl Çin yeni inkişaf dövrünə qədəm qoydu və 2021-ci ilin noyabrına - yeni tarixi qətnamə ortaya çıxana qədər 
    Den Syaopinin trayektoriyasını izlədi. Əsrin dönüşü təkcə islahat və açıqlıq tortundan daha böyük parça qoparmağa 
    can atan çinli iş adamları üçün təlatümlü deyildi. 
    Siyasi dairələrdə də ehtiraslar qızışırdı. Kliklər, klanlar, regional 
    qruplaşmalar - ÇXR-in bütün tarixi boyu siyasi elita ya “praqmatiklər” və “radikallar”, ya da “islahatçılar” və 
    “mühafizəkarlar”a, 1990-cı illərdən isə “şanxaylılara” (inkişaf etmiş cənub-şərq əyalətlərindən gələn mühacirlər) və 
    “komsomolçulara” (komsomolun sosial yüksəlişi ilə hakimiyyətə “gələnlər”) bölünürdü. 
    “Şahzadələr” deyilənlər də var idi - 
    yüksək partiya məmurlarının övladları. Bunlardan biri də Si Tszinpin idi. Onun inqilabçı atası Si Çjunsün Mədəni İnqilab 
    zamanı əziyyət çəkmiş, sonra hakimiyyətə qayıdaraq iqtisadi islahatların təşəbbüskarlarından və Çin Xalq Respublikasının
     təməlini qoyanlardan biri olmuşdu.


    Si Tszinpin Myanmadakı Şvedaqon paqodasına səfəri zamanı zəngi vurur
     
    Siyasi xəritələrin bu cür rəngarəngliyi ona gətirib çıxardı ki, məmurları ölkəni idarə etməkdən daha çox siyasi mübarizə 
    maraqlandırırdı. 
    ÇXR dəfələrlə faciələrə səbəb olan korrupsiya və qohumbazlıq çirkabında batır, varlılar və kasıblar 
    arasında uçurum genişlənir, iqtisadi artımın peyki sayilan ekoloji problemlər isə getdikcə daha çox gözə çarpırdı.
     
    Yeni tarixi qətnamədə bu dövr qısaca olaraq belə ifadə olunub: “Bir vaxtlar partiyanın idarə olunmasında 
    qeyri-ciddilik, boşluq və zəiflik mövcud idi ki, bu da partiya daxilində korrupsiya və digər neqativ halların 
    geniş vüsət almasına və siyasi ekosistemdə ciddi problemlərə səbəb olmuşdu. 
    Üstəlik, partiya ilə xalq 
    kütlələri arasında münasibətlər korlanmış, partiyanın yaradıcı qüvvəsi, birləşdirici qüvvəsi və döyüş 
    qabiliyyəti zəifləmişdi. Partiya dövlət idarəçiliyində ciddi sınaqlar qarşısındaydı”. Tarixi qətnamədən oxucu 
    əsas şeyi öyrənəcək: 
    Si Tszinpin partiyanı təmizlədi, təsir qruplarının kaleydoskopunu ayırd elədiı və Çin xalqını 
    ümumbəşəri rifaha aparana qədər heç yerə getməyəcək.
     
    Çin 3.0
     
    1980-ci illərin əvvəllərində Çin nəyin bahasına olursa-olsun böyüməli idi. “Pişiyin hansı rəngdə olmasının 
    əhəmiyyəti yoxdur, əsas odur ki, siçanları tutur” - bu sözlər o dövrün ən məşhur ifadəsiydi. 
    Den Syaopinin 
    göstərişlərinə görə, Çin rəhbərliyinin əsas vəzifəsi yeni imkanlar vaqonuna ilk növbədə atlanmağı bacaranları, 
    sonra isə yerdə qalanları zənginləşdirmək idi. 
    Məqsədlər müvafiq alətləri nəzərdə tuturdu: genişmiqyaslı 
    özəlləşdirmə, urbanizasiya, sənayeləşmə, infrastruktur tikintisinə böyük investisiyalar, tariflərin və ticarət 
    maneələrinin azaldılması, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq. 
    Hətta orduda da biznes qaydaları 
    tətbiq olunmağa başladı. Çin zənginləşdi, lakin inkişaf balansı düzgün getmədi. Toplanan resurslar ədalətsiz 
    şəkildə bölüşdürülürdü.
     
    İndi yeni iqtisadi modelə görə ölkədə ümumbəşəri tərəqqiyə nail olmaq lazımdır və bu vəzifə yeni metodlar 
    tələb edir. Çinin xarici aləmdən daha az asılı olması vacibdir. 
    Əgər əvvəllər ixrac iqtisadi modelin hərəkətverici 
    qüvvəsi idisə, bu gün ölkə ikili dövriyyəyə (ixrac və daxili istehlak) keçir. Eyni zamanda ixrac yüksək keyfiyyətli 
    olmalıdır: 
    Çin istehsalçıları şübhəli dərzilərin əyri gözlü oyuncaqları əvəzinə “Tesla” ilə rəqabət apara
     biləcək elektromobilləri Avropaya göndərməlidirlər.



    Həmçinin xarici sərmayələri cəlb etməli və öz texnologiyalarını yaratmalıdırlar, xüsusən də yarımkeçiricilər və proqram
     təminatı sahəsində. Nəzarət olunan təchizat zəncirlərinin yaradılması isə milli təhlükəsizlik məsələsi adlandırılıb.
     
    Koronavirus Çin hakimiyyəti üçün manevr imkanı yaratdı: iqtisadi tənəzzülü böhran nəticələri ilə əlaqələndirmək olar və
     hətta orta artım belə yüksək görünə bilər.
     
    2020-ci ilin nəticələrinə görə Çinin ÜDM artımı 2,3%-dir. Bu, böyük iqtisadiyyatlar arasında ən yaxşı göstərici idi. 
    Bununla belə, ÜDM-in artım göstəriciləri artıq Çin hakimiyyəti üçün prioritet deyil, onlar hətta yeni, 14-cü beşillik plana 
    (2021-2025) daxil edilməyib. 
    Plana görə, inkişaf daha balanslı və keyfiyyətli olmalıdır. Demoqrafik siyasət sonuncu yerdə deyil. 1,5 milyardlıq əhali qocalmazdan əvvəl varlanmalıdır.
     
    Koronavirus böhranı artıq dünyaya ÇXR-in iqtisadi problemlərin həllinə dair bəzi yeni yanaşmalarını üzə çıxarıb:
    2008-ci illə müqayisədə 2020-ci ildə yardım kiçik miqyaslı, lakin ünvanlı olub. 
    Tədbirlər mərhələli şəkildə həyata
    keçirilib ki, vəziyyəti qiymətləndirmək və lazım gəldikdə yanaşmanı düzəltmək üçün vaxt olsun, dəstək əsasən kiçik
    və orta sahibkarlığa və daxili istehlaka yönəldilib, prioritetdə körpülər və yollar deyil, texnoloji infrastruktur olub. 

    Monopoliyalara qarşı davamlı mübarizə yeni başlayanları və daha kiçik oyunçuları dəstəkləmək üçün bir cəhddir. 
    Aprel ayında səlahiyyətlilər “Alibaba” şirkətini ədalətli rəqabət qaydalarını pozduğuna görə 18,22 milyard yuan
    (2,78 milyard dollar) cərimələyib.


    Honq Konqda etiraz edənlər
     
    Ölkə rəhbərliyinin gəlirsiz və borc içində olan müəssisələri xilas etmək istəyi getdikcə azalır. Əgər əvvəllər “böyük 
    olduğu üçün çökə bilməz” adlandırılan şirkətlər problem yarandıqda dövlət hesabına xilasa ümid edə bilirdilərsə, 
    son illərin təcrübəsi göstərdi ki, bu “xidmət” bağlanır. 
    Çinin ən böyük tərtibatçısı “Evergrande”nin defoltu buna sübutdur.
     
    Yeni məqsədlərə nail olmaq üçün Pekin əvvəllər qeyri-mümkün görünən daha qətiyyətli tədbirlərə əl ata bilər. 
    Məsələn, əmlak vergisinin tətbiqi. 
    Bu təşəbbüsə uzun illərdir ki, bəyannamədə göstərdiyindən artıq mülkü olan 
    məmurlar müqavimət göstərirlər. Bununla belə, hakimiyyət qeyri-bərabərlik problemini həqiqətən həll etməyə kömək 
    edəcək çoxdan gecikmiş vergi islahatları əvəzinə könüllü və ya məcburi surətdə iri biznesmenləri xeyriyyəçiliyə çağırır. 

    Belə ki, oktyabr ayında texnologiya nəhəngləri “Alibaba”, “Tencent” və başqaları Mərkəzi Çində daşqınların nəticələri ilə 
    mübarizə üçün ümumilikdə 46,6 milyon dollar ianə ediblər. 
    Bundan əvvəl “Alibaba” “ümumi  rifah” təşəbbüslərinə - 
    texnoloji innovasiyaların inkişafı, kiçik biznesin dəstəklənməsi və regionlarda yoxsulluğa qarşı mübarizə üçün 15,5 
    milyard dollar ayıracağını açıqlamışdı.
     
    “Ümumi rifah” mahiyyətcə ölkənin iqtisadi artımının yeni konsepsiyasıdır: qısamüddətli çətinliklər kiçik 
    iqtisadi artım şəklində uzunmüddətli faydalarla kompensasiya edilir - daxili istehlaka yönəlmiş daha davamlı inkişaf, 
    müdrik investisiyalar və borc yükünün azaldılması. Bütün bunlar milli sərvətin daha balanslı və bərabər paylanmasına 
    töhfə verməlidir.
     
    Gələcəkdə hakimiyyətin iqtisadiyyatı pulla doldurmağı planlaşdırmadığını bu yaxınlarda iqtisadiyyatda növbəti il üçün
     iş planının müəyyənləşdiyi Mərkəzi İqtisadi Konfransın nəticələri sübut edir. 2022-ci il üçün əsas məqsəd iqtisadi 
    sabitlikdir ki, bunu kommünikedə 25 dəfə qeyd ediblər. 
    Eyni zamanda sosialist sisteminin inkişafına töhfə verməli 
    olan kapital bundan sonra da möhkəm əllərdə saxlanılacaq: sosial layihələrdə iştirak tələb etmək və sərt antiinhisar 
    siyasəti aparmaq. Sosializmə kömək etmək üçün kapital özlüyündə oksümorondur, lakin Çin hakimiyyəti ziddiyyət 
    görmür, çünki pişiyin hansı rəngdə olması hələ də vacib deyil.
     
    Karl Marksın ideyalarının əhalisinin 80 faizi özəl şirkətlərdə işləyən bir ölkənin reallıqlarına necə uyğun 
    gəldiyini anlamaq həqiqətən də çətindir. 
    Bununla belə, alman filosofunun ideyaları ÇXR-də yenidən şərh 
    olunur. 
    Marksist ideologiyanı populyarlaşdırmaq üçün nəzərdə tutulmuş Çin televiziya şouları göstərir ki, marksizm 
    ilk növbədə bir partiyanın gücüdür; İdeyalar dəyərini və Sovet İttifaqı Kommunist Partiyası isə liderlik mövqeyini 
    itirdiyi üçün SSRİ dağıldı. 
    Bu gün ÇKP-nin bərabərsizliklə mübarizəsi marksizmin daha bir göstəricisidir.


    Si Tszinpin Çin Kommunist Partiyasının yaradılmasının 100-cü ildönümünə həsr edilmiş tədbirdə ekranda çıxış edir
     
    2021-ci ildə Çin artıq beş min illik Çin tarixində heç bir başqa hökumətin edə bilmədiyi kəndlərdə ifrat yoxsulluğun 
    aradan qaldırılmasını elan etdi.
     
    Mədəniyyət sahəsində son zamanlar meydana çıxan hər cür qadağalar və qaydalar da gənclərə yeni dövr 
    üçün “düzgün” dəyərləri aşılamaq üçün nəzərdə tutulub. Bu, "mənəvi cəhətdən çürümüş" məşhurlara, 
    döymələri olan idmançılara, fan-klublara və hətta qadınabənzər oğlanlara aiddir - onların sosial 
    şəbəkələrdəki hesabları bağlanır və televiziya şirkətlərinə onları efirdə göstərməmək tövsiyə olunur.
     
    Qarşısıalınmaz liderlik
     
    Çin təkcə daxildə deyil, xaricdə də köklü və sürətlə dəyişir. Den Syaopin dövründə Pekin daha çox 
    özünü düşünməyə, "öz imkanlarını gizlətməyə, kölgədə qalmağa " və beynəlxalq arenada çox gözə
    girməməyə çalışırdı. 
    İndi ABŞ-ın ardınca daban-dabana gedən dünyanın ikinci ən böyük iqtisadiyyatına 
    malik Çin artıq sülhsevər pandanın dərisi altında əjdaha buynuzlarını gizlədə bilmir.
     
    Lakin ambisiya və imkanlarla yanaşı, məsuliyyət də artır. Və bu xüsusən iqlim dəyişikliyi məsələlərinə aiddir. Çin 
    dünyanın əsas çirkləndiricisidir və dünyanın istixana qazı tullantılarının təxminən dörddə biri onun payına düşür. 
    Mütləq mənada bu, dünyanın hər yerindəkindən çoxdur, lakin adambaşına hesablasaq, Çinin tullantıları 
    Amerikadakından iki dəfə azdır. 
    Bu və ya digər şəkildə Çindən çox şey tələb olunur, xüsusən də qalıq yanacaqların
     aradan qaldırılmasına gəldikdə: Çinin elektrik enerjisinin 60 faizi hələ də kömürlə işləyən elektrik stansiyaları
     tərəfindən təmin edilir. Eyni zamanda belə asılılıqdan qurtulmaq asan deyil, çünki istehsal və iqtisadi artım dayanıqlı 
    enerji təchizatından asılıdır.


    Dunfan şəhərində külək elektrik stansiyaları
     
    Eyni zamanda Çində problemə göz yumulmur. Əvvəlki 2015-2020-ci illər ərzində ölkə karbon tullantılarının azaldılmas
    ı planını artıqlaması ilə yerinə yetirdi və 2021-ci ildə bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə dünya lideri oldu. 

    Bir il əvvəl BMT Baş Assambleyasında Si Tszinpin ümidverici bir açıqlama verdi: Çin 2030-cu ilə qədər karbon 
    tullantılarının pik həddinə çatacaq və 2060-cı ilə qədər karbon neytrallığına nail olacaq. 
    Bir il sonra BMT-də o, 
    ÇXR-in artıq xaricdəki kömür layihələrində iştirak etməyəcəyini və Qərb ölkələri bunun öhdəsindən gələ bilmədiyi 
    üçün inkişaf etməkdə olan ölkələrə enerji keçidində kömək edəcəyini açıqladı.
     
    Anlamaq üçün sətirlər arasında oxumağa ehtiyac yoxdur: Si Tszinpin ölkəni istər iqtisadiyyat, istər siyasət, 
    istərsə də texnologiya sahəsində “bəşəriyyətin ortaq taleyi birliyində” dünya liderliyinə hazırlayır. 

    Buna müvəffəq olub-olmayacağı getdikcə daha az xarici amillərdən və getdikcə daha çox Çin rəhbərliyinin daxili 
    çətinliklərin öhdəsindən necə gələcəyindən asılıdır.
     
    Miraslan

    Oxunub: 589
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.