Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Çap və onlayn media orqanlarının təsis edilməsi qaydası müəyyənləşib
  • Prezident Administrasiyasına yeni səlahiyyətlər verildi
  • "KİV haqqında" hazırkı qanun qüvvədən düşəcək"- MEDİA-nın İcraçı direktoru
  • “Media haqqında” yeni qanun layihəsi parlamentə daxil olub
  • “Media haqqında” yeni qanun layihəsi hazırlanıb”- Hikmət Hacıyev
  • “MEDİA HAQQINDA QANUN”: Kimləri və niyə narahat edir?

    • Tarix: 27-12-2021, 11:41



    Media insidentləri üzrə monitorinq aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyin xüsusi şərtləri var. Baş vermiş hadisəyə subyektiv yanaşmağın yolverilməzliyi ilk yerlərdə dayanır. Obyektivliyin təmin edilməsi üçün texniki prosedurlar da quraşdırılır. Məsələn, insidentlərin təsviri  üzrə “MİM  anketlər”in tətbiq edilməsi baş vermiş hadisəyə subyektiv yanaşmanı minimuma endirir. Əlavə olaraq, hazırlanmış hesabatlar paralel mənbələrlə müqayisə edilir, dəqiqləşdirmə aparılır.  

    Bu kontekstdə bəzən müəyyən uyğunsuzluqların ortaya çıxması təbiidir. Uyğunsuzluq halları ilə mən də qarşılaşmışam. 2013-cü ildə mübahisəli duruma düşmüşəm. Paralel hesabat hazırlayan təşkilatların birinin qeydə aldığı insidentlərlə müqayisədə bizim hesabatın  “əskiyi” çıxmışdı.  Əməkdaşlıq etdiyim beynəlxalq təşkilatın iradı bu idi ki, “Salyan rayonu   ərazisində təzyiqə məruz qalmış fotomüxbir”in-Sudeyf adlı şəxsin- hekayəsini qeydə alıb hesabata daxil etməmişik. Paralel hesabat müəllifləri isə fakta diqqət yetiriblər,  onu ilin media insidentləri sırasında yerləşdiriblər.



    Məntiq bu idi ki, alternativ hesabatın müəllifləri daha obyektiv çalışıblar, biz isə laqeyd davranmışıq. Araşdırdıq. Bəlli oldu ki, Sudeyf foto-müxbir  deyil, kameramandır. Toylarda video-çəkilişlər aparır. Bir gün toy çəkilişindən çıxıb sükan arxasında alkollu vəziyyətdə oturduğu üçün yol polisi tərəfindən  saxlanılıb.
    Tabe olmaq istəməyib, mübahisə yaranıb. Adam tədbirli imiş. Bir “KİV qurumundan” 30 manata aldığı “jurnalist  vəsiqəsi”ni cibində  gəzdirirmiş. Məsələ böyüyəndə üzvü olduğu şəbəkə onu vəziyyətdən çıxarmaq üçün işi qloballaşdırıb, onu “təhdid almış jurnalist” kimi sənədləşdirib beynəlxal təşkilatlar vasitəsilə polisə təzyiqlər göstərməyə çalışıb.

    Əldə etdiyimiz faktları  təqdim etdik, haqlı olduğumuzu isbatlaya bildik. Amma proses bununla yekunlaşmır. Araşdırmalar zamanı yeni nüansları ortaya çıxdı. Aydın oldu ki, şəxsi maraqları naminə faktları kontekstdən çıxarmaq taktikası təkcə “milli jurnalist təşkilatları” və ya “milli QHT-lər” üçün xarakterik deyil. Problem odur ki, söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən, rəy formalaşdıran beynəlxalq təşkilatlarının heç də hamısı prinsipial davranmırlar.
    Bu sırada olan bəzi təşkilatlar faktların dəqiqləşdirilməsi üçün təkid etmirlər. Yaxud, faktların dəqiqləşdirilməsində maraqlı olmurlar. Əksinə, media insidentləri ilə bağlı statistikanın yüksək rəqəmlərlə ifadə olunması üçün saxtakarlıqlara göz yumurlar, yalançı faktların uydurulmasını stimullaşdırırlar. Belə yanaşmanın nəticəsidir ki, onların müəllifi olduqları  hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş, təhdid almış  jurnalistlərin sayı ilə bağlı müxtəliflik mövcuddur.
    Məsələn, beynəlxalq jurnalist təşkilatlarından birinin- Sərhədsiz Reportyorların  (RSF) 2016-cı il üzrə hesabatına baxaq. Bu hesabat dünya üzrə  həbsdə  olan, təhdid alan  jurnalistlərin sayını 360 nəfərlə ifadə edir( https://rsf.org/en/barometer?year=2016&type_id=234#list-barometre ).
     


    Digər beynəlxalq təşkilatın- Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin  (CPJ) hesabatında isə 2016-cı ildə dünya üzrə həbsdə olan və təhdid alan jurnalistlərin sayı 259 nəfər göstərilir ( https://cpj.org/imprisoned/2016.php ). Ortada 101 nəfərlik fərq var. Maraqlı deyilmi: özünü beynəlxalq statuslu adlandırın təşkilatların eyni metodologiya ilə  hazırlanmış, eyni mövzuları və eyni təqvim dövrünü əhatə edən hesabatlarında belə fərqlilik nədən yaranır? 2016-cı ili bir nümunə olaraq göstəririk. Özünü beynəlaxlaq statuslu elan etmiş jurnalist təşkilatlarının hebatlarında bu cür uyğunsuzluqlar digər illərdə də tasadüf edilir.   

    Müşahidələr göstərir ki, özünü beynəlxal statuslu hüquq-müdafiə təşkilatı adlandıran, amma bəlli güc mərkəzlərinin təsir dairəsində olan təşkilatların hesabatları fərdi maraqlara görə fərqlənirlər. Zərurət yarananda istənilən ölkədə “qurbanların” siyahısını uzadır, yaxud, qısaldıb minimuma endirirlər. Siyahıların tərtibatında meyar obyektivlik deyil, hədəf ölkələrə qarşı münasibətdir. RSF qismində olan təşkilatlar media, söz və ifadə azadlığı ilə bağlı durumun kəskin pisləşdiyi ölkələri yox, maraqlarına xidmət etdikləri güclərin hədəfində olan ölkələri "monitorinq edirlər”. "Həbsdə olan”, “təhdid alan jurnalistlərin”  “sayının çoxluğuna” görə hədəf ölkələri beynəlxalq rəyin qınaq obyektinə çevirirlər. Onların hədəflərində Azərbaycan da var.



    Təhlil edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, insan haqları təəssübkeşi elan etmiş bu təşkilatların yerli “QHT” və “KİV-lər”lə birgə qurduqları şəbəkələr var. Koordinasiya edilmiş formada fəaliyyət göstərirlər. Onların pul-paradan qayğıları yoxdur. “Soros Fondu” başda olmaqla, anti-Azərbaycan mərkəzlər belə saxtakarları çıraqla axtarırlar. Təşkilatlandırır, şəbəkələşdirir və maddi təminatlarını həyata keçirirlər.  Himayələrində “n” qədər “milli QHT”, “KİV qurumu”,  "vətəndaş jurnalist”, “bloger”, “sosial şəbəkə fəalı”, “jurnalist vəsiqəsi gəzdirən şəxs”  var. Azərbaycana qarşı kampaniya aparmaq lazım gələndə  həmin “jurnalist vəsiqəsi gəzdirən şəxsləri”   aktivləşirirlər, qarşıdurmalara sövq edirlər, süni insidentlər yarada bilirlər.
    “Soros şəbəkəsi”nin üzvü olan “beynəlxalq jurnalist təşkilatı” üçün 2020-ci ildə Azərbaycandan göndərilən arayışlardan birinə baxıram. Yazıblar ki,  “hesabat ilində (2020-ci il) Azərbaycanda mediaya qarşı 130 basqı halı baş verib”. Təbii ki, ölkədə media ilə bağlı insidentlərin baş verdiyini kimsə inkar etmir. Bu cür epizodlara hər bir ölkədə, o cümlədən, Azərbycanda da təsadüf edilir. Amma 130 rəqəmi fantastikdir, uydurmadır, reallıqla heç bir əlaqəsi yoxdur. Bu azmış kimi, yazıblar ki, “32 sosial şəbəkə fəalına, 28 blogerə qarşı təzyiqlər olub”. Məsələ ondadır ki, 2020-ci ildə Azərbaycan Ermənistanla aktiv savaş halında idi. “Soros şəbəkəsi” Azərbayanı beynəlxalq rəyə ədalətsiz, Ermənistanı isə haqlı mövqe sahibi kimi tanıtmağa çalışırdı. Ölkədəki şəbəkə də bu məqsədə xidmət edən bəhanələri verirdi.  Onlar vahid bir mexanizm kimi çalışırlar.



    “Media haqqında” yeni qanun layihəsinə qarşı indi aparılan qarayaxma kampaniyasında da  “Soros şəbəkəsi”nin simptomları görünür. Həm də çox aydın, qabarıq şəkildə görünür.  

    Feministlərin “Media haqqında” qanunla nə bağlılğı var?

    “Media haqqında” yeni qanun layihəsi  “Soros şəbəkəsi”nin media müstəvisində əl-qolunu bağlayır. Bu sahədə nizam-intizamın yaradılması sui-istifadə hallarının qarşısını alır. Jurnalist kimdir, KİV qurumu nədir, missiyaları  harada tamamlanır?-qismində suallara aydınlıq gətirir. Yeni qanun ifadə azadlığının portretini cızır,  manipulyasiya hallarını aradan qaldırır. Kriminal əməlinə görə cəzalandırılan şəxsi “jurnalist” epiteti ilə bəzəmək, hadisəni “jurnalistin qarşılaşdığı basqı” kimi qələmə vermək çətinləşir.



    Təbii ki, belə yanaşma bəlli şəbəkənin etirazı ilə qarşılanır. Qanun layihəsi ətrafında anti-təbliğat aparılır, gözdən salınmasına cəhd göstərilir. Aparılan kampaniyalar adekvat deyil. Elə danışır, elə təqdim edirlər ki, guya yeni qanun  “media azdlığına sədd çəkir”, bunlar da “müqavimət göstərirlər”. Əlaqəsiz danışırlar, qeyri-səmimi davranırlar. Dediklərini isbatlayacaq arqumentləri tapıb göstərə bilmirlər. Yeni qanun layihəsi 78 maddədən ibarətdir. Bunlar kontekstdən çıxardıları  3-4 maddənin ətrafında dolanıb dururlar. Kontekstdən çıxarıb təqdim etdikləri həmin 3-4 maddəyə görə bütövlükdə 78 maddəlik qanun layhəsini şübhəyə almağa çalışırlar. Nə məqsəd güdürlər? Kimin marağına xidmət edirlər?  

    Dekabrın 10-da Milli Məclis “Media haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsini keçirdi.  Mövqeyindən asılı olmayaraq, bütün peşəkar media təmsilçiləri parlamentə dəvət edildi, layihə üzrə təklif və tövsiyyələri dinlənildi. Qaranlıq qalan bütün nüanslara aydınlıq gətirildi. Etirazçılar da çağırıldılar, dinlənildilər, cavablarını alıb getdilər. Deməyə sözləri, bildirməyə iradları qalmadı. İndi də fərqli taktikaya əl atıblar. Özləri kölgədə dayanıb, 3-5 nəfər tərəfdarlarını irəi veriblər.



    Dekabrın 14-də 5 nəfər şəxs Milli Məclis önünə gələrək layihəyə etirazını bildirdi. Əlbəttə, istənilən vətəndaşın etiraz etmək hüququ var. Bir şərtlə ki, ortada predmet olsun. Problem budur ki, aksiya təşkltçılarının, kampaniya iştirakçılarının layihəni oxumadıqları üzə çıxdı. Bəlli oldu ki, nəyə etiraz etdikləri barədə təsəvvürləri yoxdur. Aksiyanı işıqlandırmağa gələn jurnalistlər təkidlə təkrarlasalar da, aksiya keçirənlər layihədən bircə maddənin adını çəkə bilmədilər ( https://www.youtube.com/watch?v=3zzJPyngTOA ). Əgər layihəni oxumayıblarsa, mahiyyətini bilmirlərsə, nə üçün etiraz edirlər, nəyə etiraz edirlər və kimi sifarişi ilə önə çıxırlar?

    Dekabrın 24-də keçirilən etiraz  aksiyası da eyni qəbildəndir. Bu aksiyada daha ciddi nüanslar diqqəti çəkir. Şəkillərə baxanda görünür ki, son aksiyanın iştirakçılarının çoxluğu  jurnalistlər deyil, feministlərdir. Cəmi 2 nəfər xəbər istehsalçısı görünür. Qalanı feminizmin təmsilçiləridirlər  .  Hansılar ki, Azərbaycanlı zehniyyəti  ilə uzlaşmayan istənilən aksiyada iştirakçı olurlar. Sıralarında 2018-2019-cu illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı “sülh göyərçini” kimi təqdim edənlər də var. Akopyanın iz azdırmaq üçün quraşdırdığı saxta sülhyaratma proqramına - “Qadınlar sülh naminə” kampaniyasına qoşulmuşdular.



    Eyni kampaniyanın təmsilçiləri bu gün “Media haqqında” yeni qanuna layihəsinə etiraz edirlər. İndi nəyi hədəfləyirlər? Bu suallar təkcə Milli Məclis qarşısına toplaşıb etiraz edən 5 nəfər üçün deyil. Həm də kölgədə durub həmin aksiya iştirakçılarını nəzəri tezislərlə müdafiə edənlərə  ünvanlanıb. Paralel olaraq, 5 nəfərin aksiyasını “Azərbaycan jurnalistlərinin etirazı” kimi sənədləşdirib beynəlxalq təşkilatlara göndərənlərə aiddir.

    Bütün sualların cavabı yaxın tarixdə var

    Bu şəbəkənin fəaliyyəti Azərbaycanda  yeni deyil, 1990-cı illərdən etibarən strukturlaşıb. Tərkibi dəyişir, simalar yenilənir, amma mahiyyəti olduğu kimi qalır. Azərbaycanda inkişafa, nizam –intizama köklənmiş bütün yeniliklərə qarşı çıxıblar. Ölkəmizə uğur gətirən, imicinə şərəf qatan elə bir hadisə yoxdur ki, bu şəbəkə ona qarşı çıxmasın, əks mövqedə durmasın. Təşkilatlanmış kampaniyalarından biri Azərbaycanın Avropa Şurasına üzvlüyü ərəfəsində olub. Strasburqa, Brüsselə danos  yazmaqdan başlamış, ölkədə etiraz aksiyalarının keçirilməsinə qədər çeşidli baryerlər qurublar. “Avroviziya” mahnı yarışması “insan hüquqlarının pozulduğu ölkədə keçirilə bilməz”- deyib kampaniya qurublar,  müsabiqəyə  qarşı çıxıblar. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəinə sədrlik şansı qazananda da əleyhidarlar sırasında yer tutublar. Bakıda təşkil edilən I Avropa Oyunlarını  baykot etməyə çalışan güclərin əlinə oynayıblar... Bütün bunlar tarixdirlər, arxivlərdə yatıb qalırlar. İstənilən an təkrarlamaq, səhifələmək üçün açıqdırlar. Eyni adamlardır, eyni çevrədir, hər daşın altında əlləri görünür. Guya ki, demokratiya tərəfdarıdırlar. Amma demokratik inkişafı ehtiva edən bütün təşəbbüslərin əleyhinə olublar. “Media haqqında” yeni qanun layihəsinə yanaşmaları da eyni kontekstdədir.   

    Müqayisə üçün bir nümunə verməklə mövzunu bitirək. 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı ehtiva edən sərəncam imzalanıb. Sərəncama əsasən, Azərbaycanda diffomasiya qanununun qəbul edilməsi, digər qanunların buna uyğunlaşdırılması üçün hazırlıq aparılması   önə çəkilib.  Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı Ofisinin hüquqi ekspertizası ilə “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsini hazırlayıb,  qəbul edilmək üçün layihəni Milli Məclisə təqdim edib. Amma son  anda qanunun qəbulu təxirə salınıb. Səbəb kimi  Venesiya Komissiyasının uyğun  rəy verməməsi göstərilib.



    Anlaşmazlıq yaranır: ATƏT-in Bakı Ofisinin hüquqi ekspertizası ilə hazırlanmış bir layihəni Avropa Şurasının Venesiya Komissiyası  niyə geri qaytarsın? Komissiyanın uyğun  rəy verməməsinin səbəbi sonra bilindi. Məlum oldu ki,  Azərbaycandakı bəlli şəbəkə  etiraz məktubları göndərib, Komissiyadan layihəyə müsbət rəy verməməsini istəyib. Müraciətlərin mətnləri əldədir, bu şəbəkənin mahiyyətini açmaq üçün gözəl nümunədir. Özlərini elə göstərirlər ki, guya ölkədə “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsinin qəbul edilməsi üçün çalışırlar. Amma müxtəlif bəhanələrlə bu qanunun qəbul edilməsinə qarşı çıxıblar. Mövqelərini də belə əsaslandırıblar ki, guya  “layihənin daha demokratik formada hazırlanmasını istəyirlər”. . . Yalan dedikləri bəllidir. Layihə nə demokratik, nə də qeyri-demokratik formada qəbul edilmədi. Üzərindən də 10 il keçir. Bircə dəfə adını tutublarmı? Onlara demokratik ruhlu, nizam-intizam yaradan qanunların qəbulu yox, nizamsızlıq, qarışıqlıq lazımdır. “Bulanıq suda balı tutmaq” taktikasına sadiqdirlər. Bu gün eyni kampaniyanı  “Media haqqında” yeni qanun layihəsinə qarşı aparırlar.
    Bunlara problemlərin həlli lazım deyil. Əksinə, problemlərin kəmiyyətcə çox olmasına çalışırlar. Problemin çox olması yeni kampaniyalar, yeni qrant layihələri, yeni maliyyə mənbələri deməkdir. “Soros şəbəkəsi”nin qol-qanad açması üçün yeni bəhanələr deməkdir. Ümid edək ki, müvafiq qurumlar təzyiqlər qarşısında geri çəkilməyəcək,  “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsi ilə bağlı yaşanan təcrübənin təkrarlanmasına yol verməyəcəklər.

     Müşfiq Ələsgərli, 
    Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri

    Oxunub: 399
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.