Koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək - XƏBƏRDARLIQ
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib.
Onun sözlərinə görə, koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. O bu gün növbəti bədbəxtliyə hazırlaşmağa çağırıb.
“COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, - baş katib özünün “Twitter” səhifəsində yazıb.
O, yeni təhlükəyə xüsusi diqqət yetirməyi və problemin həlli üçün lazım olan məbləğdə investisiyaların ayrılmasını təklif edib./lent.az
Oxunub: 559
Xəbəri paylaş
Paylaş: