Prezident özəl TV-lərə birdəfəlik maliyyə yardımı ayırdı -
MƏBLƏĞ
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrılıb.
Oxunub: 693
Xəbəri paylaş
Paylaş: