Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MTN GENERALI MƏHKƏMƏDƏ ÖZÜNDƏN GETDİ...- Konvoy onu huşsuz halda zaldan çıxardı
  • MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi /VİDEO
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • “Akula Akif” MTN GENERALININ CİNAYƏT İŞİNDƏ - İŞ ADAMLARININ DOSYESİNİ HAZIRLAYIRMIŞ

    • Tarix: 30-12-2021, 12:00



    2 aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Cinayət işi üzrə 32 zərərçəkən və dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisləri var.


    Məhkəmə açıq elan edilsə də, hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrini prosesin keçirildiyi zala buraxmır. Proses faktiki olaraq qapalı keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

    İş üzrə zərərçəkənlərə 20 milyon manatdan artıq ziyan dəydiyi təsbit olunub, lakin təqsirləndirilən şəxslərin cəmi 7 milyonluq əmlakları müəyyən edilərək müsadirəyə təqdim olunub.

    Cinayət işi üzrə istintaqda adı keçənlərdən biri də hazırda İnterpolun axtardığı Akif Mustafayevdir. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, ölkədən qaçaq düşməsindən sonra barəsində yayılan məlumatlarda əslində onun əsas vəzifəsinin imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstəyə dosye toplayıb çatdırmaqdan ibarət olduğu deyilirdi. 

    Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Anar Sadıx oğlu Heydərovun ifadəsini “Akula Akif”in barəsindəki məlumatları təsdiqləmiş olur.

    Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti infomasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib.
    Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb.
    Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.

    2010-cu ilin əvvəllərində Akif Mustafayev ona tez-tez xarici ölkələrə səfər etdiyini deyib və Şengen vizaları aldığına görə onu “İT Solition” MMC-yə işə götürməyi xahiş edib. Anar Heydərov da razılaşaraq Akif Mustafayevin adını satış meneceri kimi rəsmiləşdirib, əmək müqaviləsi bağlayıb.

    Zərərçəkən deyir ki, 1 il sonra əvvəldən tanıdığı  “Texnika, Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 2011-ci ildən başlayaraq 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib.
    Lakin 2012-ci ilin fevral-mart aylarında Etibar Əliyev MTN əməkdaşları tərəfindən tutulduqdan sonra bankın ona ödənilməmiş 1 milyon 980 min manat borcu qalıb.
    Akif Mustafayevlə tez-tez görüşdükləri üçün bu barədə onun xəbəri olub. Bir dəfə Akif Mustafayev ona MTN-in idarə rəisi Füzuli Əliyevin zəng edərək Anar Heydərovun Etibar Əliyevin oğlu ilə tez-tez telefon danışıqları olduğuna görə onu tutmaq istədiklərini deyib və ona kömək edəcəyini bildirib.


    Etibar Əliyev

    “Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım”

    Bundan bir neçə gün sonra, 2012-ci ilin təqribən mart ayında Füzuli Əliyev onun işlədiyi ofisə gələrək söhbət zamanı “mən heç bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım" demiş, lakin ondan pul tələb etməmişdi.
    Bu söhbətdən 2-3 gün sonra Akif ona ”"TexnikaBank"ın sənə olan borcunu qaytartdıracam, bu pulu məndən başqa heç kim sənə onsuz da qaytara bilməyəcək, 500 min manat mənə pul verərsən" deyə təklif edib. O da məcbur olub razılaşıb. Həqiqətən, bir neçə ay müddətində “TexnikaBank” tərəfindən həmin məbləğdə pul ona qaytarılıb.
    Belə ki, 16 may 2012-ci il tarixdə həmin bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğdə müqavilə bağlayıb, müqavilənin şərtlərinə görə, bankın ona borclu olduğu pul ödənilməli imiş.
    Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “TexnikaBank”dakı olan hesabına 1 milyon 980 min manat pul köçürülüb, həmin pulun 650 min manatı “TexnikaBank”dan olan kreditə görə silinib.
    Qalan məbləği isə hissə-hissə nağdlaşdırıb 2012-ci ilin iyul ayının axırlarına kimi bankdan götürüb. 23 may 2012-ci ildə şirkətinin Bakı şəhəri, Z.Bünyadov prospekti 86 B ünvanında yerləşən ofisində öz otağında birinci dəfə 200 min manat, 2-ci dəfə 29 may 2012-ci il tarixdə 150 min manat, 3-cü dəfə 31 may 2012-ci il tarixdə 150 min manat Akif Mustafayevə şirkətin meneceri Rəşad Hüseynovun yanında pul verib.



    “Akula Akif” 500 min alır və Cahangir Hacıyevlə görüşdüyünü deməklə sahibkarı hədələyir

    2013-cü ilin yanvar ayında Akif ona Cahangir Hacıyevlə görüşdüyünü, sonuncunun “”TexnikaBank"ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdı, mən Anar Heydərova 4 milyon manat kredit verəcəm, bir hissəsini “TexnikaBank”a ödəyin, qalan hissəsini isə istifadə edib faizlərini qaytarın" dediyini bildirir.
    İş adamı buna etiraz etdikdə isə Akif hədə-qorxu gələrək “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını ”Beynəlxalq Bank" qaytaracaq" deyib.

    Zərərçəkənin ifadəsində qeyd olunur ki, həmin ərəfələrdə 050 211 03 04 və ya 050 206 66 66 saylı mobil nömrələrindən birinə zəng edilməklə onu 2013-cü ilin yanvar ayında MTN-in İstintaq Baş İdarəsindən adı yadında qalmayan müstəntiq çağırıb dindirdikdən sonra otağa Təhsin Ağayev daxil olaraq “sən indi generalın yanına gedəcəksən” deyib və onu Mövlam Şixəliyevin otağına aparıb.

    Təhsin Ağayevi əvvəllər tanımayıb, aralarında hər hansı məzmunda danışıq olmayıb, sonradan da Təhsinlə ünsiyyəti olmayıb. Mövlam Şixəliyev onu təxminən 5 dəqiqə ərzində təklikdə qəbul edib və “mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, o özü sənə deyəcək, get 2-3 günə məsələni həll elə” deyib.

    Mövlam Şixəliyevin otağının sahəsi təxminən 70-80 kvadrat metr imiş. Girişdən üzbəüz geniş “T” formalı iş masası, iş masasının arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan iri ölçülü pəncərə olub.

    İfadədən sitat: “Xüsusilə də kabinetin ”salat" rəngli, divar kağızı timsah dərisi dizaynında olması diqqətimi çəkdi, həmin görüşdə Mövlam Şixəliyev mülki geyimdə idi".

    Zərərçəkən həmin gün MTN-in inzibati binasından çıxandan sonra Mövlam Şixəliyevin onu tutacağından narahat olub, həmin vaxt Mövlamın onu Akiflə dost olduğuna görə sərbəst buraxdığını hesab edib, sonradan bütün olanların hamısının bir “oyun” olduğunu, Mövlamın, Akif və Elşad Mahmudzadə ilə əlbir olub onun başına oyun açdıqlarını başa düşüb.
    Mövlamın yanından çıxdıqdan sonra Akiflə “Qurd qapısı” restoranında təxminən yarım saat ərzində görüşüb, Mövlam Şixəliyevlə görüşü barədə danışıblar.

    Akif məsələni danışıb həll etməsi üçün MTN-in Elşad Mahmudov adlı idarə rəisinə onu tapşıracağını deyib, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Maestro” restoranında Akif və Elşad adlı şəxslə görüşüb.

    Elşad ona kömək etmək üçün Mövlamla danışıb xəbər edəcəyini deyib. Növbəti gün eyni restoranda yenidən eyni tərkibdə görüşəndə Elşad Mövlamla danışdığını, onun tutulmaması üçün Mövlamın 500 min dolları istədiyini deyib.

    Lakin o, Akifə 300 min dolları verə biləcəyini deyib, həmin məbləğə Mövlamı razı salmalarını Akif və Elşaddan xahiş edib. Elşad axşam Mövlamla görüşüb parkda gəzəndə sonuncu ilə danışıb razı salmağa çalışacağını bildirib. Sonrakı gün  də yenə də eyni yerdə, eyni tərkibdə görüşüblər və o, özü ilə gətirdiyi 300 min dollar pulu Elşada verib. 
    Pulu Elşadın tünd göy rəngli “Mercedes Benz E class” markalı, 088 dövlət qeydiyyat nişanlı avtomobilinin baqajına qoyub və Elşad gedib. Bunun ardınca Akif ona Elşadın neçə gündür Mövlamı onun işinə görə razı salmaqdan ötrü əziyyət çəkdiyinə görə Elşada da “hörmət” kimi heç olmasa 10 min manat pul verməsini istəyib.

    “Pul çatdı və müstəntiq ”sənin məsələn bağlandı" dedi"

    O da həmin vaxt üzərindəki əl çantasında olan 10 min manat pulu Elşada çatdırması üçün Akifə verib. Həmin pulu Akifin Elşada verdiyini sonradan Elşadın ona həmin pula görə təşəkkür etməsindən bilib.

    Elşadın da pulu Mövlama çatdırmasını ikinci görüş zamanı müstəntiq Mətləbin ona “sənin məsələn bağlandı” deməsindən bilib. Belə ki, Mövlam Şixəliyevin ondan Akif Mustafayev və Elşad Mahmudzadənin vasitəsilə tələb etdiyi 300 min dolları verdikdən bir müddət sonra ifadəsində dəyişiklik edilməsi məqsədilə xatırlamadığı MTN əməkdaşı zəng edərək onu quruma çağırıb.

    2-ci görüşdə o, ancaq müstəntiq Mətləbin qəbulunda olub ifadəyə imza edib. Mətləb ilk görüşlə müqayisədə onunla daha mülayim və xoş davranıb, “sənin məsələn bağlandı” deyib. Buna baxmayaraq, Mətləbin özü ilə arasında hər hansı pul söhbəti olmayıb, o, Mətləbə Mövlam Şixəliyevə çatdırmaq üçün Akif və Elşada pul verdiyini bildirməyib.

    Zərərçəkən ifadəsində deyib ki, Mövlam Şixəliyevin qəbulunda cəmi bir dəfə olub.

    Anar Heydərov deyib ki, bundan sonra o, həmçinin məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:
    - 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi.
    Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı.  Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu.
    Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü.

    Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi.

    2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq.
    Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi.
    25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub.
    Şirkət İsrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb./musavat.com

    Oxunub: 851
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.