Azərbaycanda audiovizual media subyektinin lisenziyasının dayandırılması qaydası təsdiqlənib
Report-un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
2. lisenziya sahibi bu Qanunun və Şuranın (Audiovizual Şura) qərarlarının pozulması hallarının aradan qaldırılmasına dair Şuranın göstərişlərini yerinə yetirmədikdə;
3. bu Qanunun 29.4-cü maddəsində göstərilən xidmət haqqının 6 (altı) ay ərzində ödənilməməsi barədə infrastruktur operatorunun Şuraya müraciəti olduqda.