Qazaxıstanda ölüm hökmü tamamilə ləğv edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına ölüm hökmünün ləğvi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.
Bununla da Qazaxıstan ən ağır cəzanın ləğv edildiyi 106 ölkədən biri olub.
Cinayət Məcəlləsinə edilən dəyişikliklə ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmiş şəxslərin vaxtından əvvəl şərti azadlığa buraxılmasına qadağa qoyulub.
Qeyd edək ki, bunadək respublikada ölüm hökmünə dair moratorium qüvvədə idi. Belə ki, 2003-cü il dekabrın 17-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi ilə bağlı qərarın qəbuluna qədər cəzaların icrasına qeyri-müəyyən müddətli moratoriumun tətbiq olunduğunu elan etmiş, sözügedən fərman 2004-cü il yanvarın 1-dən qüvvəyə minmişdi./“Sputnik Qazaxıstan”