"QORXAQ DA, FƏRARİ DƏ, BƏLKƏ ƏSGƏRİ QIRĞINA VERƏN DƏ AD ALIR..."-
“Yuxarıda kimin adamı varsa..."- Deputat
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini deputat Fazil Mustafa müharibədə iştirak edənlərə medalların verilməsi barədə danışıb.
O, “Reaksiya TV”nin suallarını cavablandırarkən bu barədə söz açıb.Deputat bildirib ki, bir qisim insan layiq olmadığı halda medallar alıb:“Yuxarıda kimin adamı varsa, siyahıya öz adamını salır. Bir qorxaq da, fərari də, bəlkə əsgəri qırğına verən komandir də müxtəlif adlar alır. Amma mənim şəxsən tanıdığım onlarla adam var ki, ən böyük qəhrəmanlığı göstərdilər, bir medal da ala bilmədilər. Bu ciddi bir məsələdir”.
Oxunub: 638
Xəbəri paylaş
Paylaş: