İsrail 55 ölkə üçün səyahət qadağasını ləğv etdi

Koronavirusla mübarizə tədbirləri çərçivəsində 55 ölkədən İsrailə giriş qadağası ləğv edilib.
Globall.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi xəbər yayıb. Verilən məlumata görə, İsrailin Nazirlər Kabineti və Parlament komissiyası tərəfindən təsdiq edilən qərar dekabrın 30-u qüvvəyə minəcək.
Qərarə əsasən, səyahət qadağasının ləğv edildiyi ölkələr arasında bir çox Afrika ölkələri ilə yanaşı, Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya və Norveç var.
Meksikada isə “Omicron” ştamına yoluxma halları artdığından bu ölkə “qırmızı siyahı”dakı ölkələr sırasına daxil edilib.
Qeyd edək ki, İsrail parlamenti ötən həftə Türkiyə, BƏƏ, ABŞ, Efiopiya, İngiltərə, Cənubi Afrika, Macarıstan, Tanzaniya, Nigeriya, İspaniya, Portuqaliya, Fransa, Kanada və İsveçrəni də “qırmızı siyahı”ya əlavə edərək bu ölkələrdən İsrailə səyahət qadağası tətbiq edib. Sözügedən siyahıya aid olan dövlətlərdən İsrail vətəndaşları istisna olmaqla heç bir şəxs ölkəyə buraxılmayacaq. Bu ölkələrdən qayıdan İsrail vətəndaşları isə 7 gün ərzində karantində qalmalıdır.

Oxunub: 404
Xəbəri paylaş
Paylaş: